Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi qəbulda iştirak edib.
1news.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Bildirilib ki, bu qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ tərəfdaşlığının genişləndiyi bir dövrə təsadüf edir.
“Biz əməkdaşlığın enerji, ticarət və investisiya sahələrində daha da gücləndirilməsini səbirsizliklə gözləyirik”, - XİN-dən qeyd edilib.
31












