Sabunçuda yol təmiri: 49 nömrəli avtobusun marşrutu dəyişdirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabunçuda yol təmiri: 49 nömrəli avtobusun marşrutu dəyişdirildi

First News Media09:14 - Bu gün
Sabunçuda yol təmiri: 49 nömrəli avtobusun marşrutu dəyişdirildi

Bakının Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məhdudiyyət səbəbindən 49 nömrəli müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilib. Təmir işləri yekunlaşanadək marşrutun son dayanacaq məntəqəsi Asif Əsədullayev küçəsində (Yeni Ramana yolu ilə kəsişmənin yaxınlığı) təyin edilib.

Paylaş:
36

Son xəbərlər

Bütün xəbərlər