1news.az

Mehriban Əliyeva: Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri var - FOTO

29 Oktyabr saat 13:02 ~ 1 dəqiqəlik oxu 1330
Mehriban Əliyeva: Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri var - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Türkiyə xalqını 29 Oktyabr - Respublika Günü münasibətilə paylaşım edilib.

1news.az xəbər verir ki, paylaşımda deyilir:

"Qardaş Türkiyə xalqını 29 Oktyabr - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Türkiyənin və Türkiyə xalqının hər bir azərbaycanlının qəlbində xüsusi yeri vardır. Bizi etibarlı və möhkəm dostluq, qardaşlıq telləri bağlayır. Bizim uğurlarımıza və qələbələrimizə sizin necə sevindiyinizin şahidiyik.

Bizim dərdimizə necə şərik olduğunuzu görürük. Bütün bunlar Azərbaycan ilə Türkiyə Respublikası arasında birliyin, dostluğun, səmimiyyətin möhkəmliyini göstərir. Qoy xalqlarımızın dostluğu və qardaşlığı əbədi və sarsılmaz olsun! Bütün Türkiyə xalqına möhkəm cansağlığı, xoşbəxtlik və sülh arzu edirəm. Uca Tanrı xalqlarımızı qorusun!". 

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net