Bəzi rayonlara leysan və dolu düşəcək - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi rayonlara leysan və dolu düşəcək - XƏBƏRDARLIQ

1news Redaksiyası16:46 - 18 / 09 / 2026
Bəzi rayonlara leysan və dolu düşəcək - XƏBƏRDARLIQ

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Paylaş:
585

Son xəbərlər

Bütün xəbərlər