Daha iki küçədə avtobus zolağı təşkil edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha iki küçədə avtobus zolağı təşkil edilir

First News Media17:32 - Bu gün
Daha iki küçədə avtobus zolağı təşkil edilir

Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları yaradılır.

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınmasını təmin etmək məqsədilə hər iki küçədə xüsusi hərəkət zolaqlarının təşkili üzrə işlərə başlanılıb.

Qeyd olunub ki, hər iki yol sahəsində zolaqların eni standartlara uyğunlaşdırılmaqla avtobuslar üçün əlavə hərəkət zolağı təşkil edilib.

Hazırda sözügedən küçələrdə nişanlanma xətləri çəkilir. Müvafiq yol nişanları quraşdırıldıqdan sonra xüsusi hərəkət zolaqları qüvvəyə minəcək.

Paylaş:
82

Son xəbərlər

Bütün xəbərlər