1news.az

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

22 Sentyabr saat 12:34 ~ 1 dəqiqəlik oxu 2910
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, təbrikdə deyilir: "Əlahəzrət, Əziz Qardaşım, Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Dostluq, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi məmnunluq doğurur. Əminəm ki, güclü İslam həmrəyliyinə söykənən bu münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində müvəffəqiyyətlə genişlənəcək və möhkəmlənəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Rəsmi BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net