1news.az

Qarabağ:  Evimizə qayıtdıq! – FOTO – VİDEO

12 Yanvar saat 10:30 ~ 2 dəqiqəlik oxu 2220
Qarabağ:  Evimizə qayıtdıq! – FOTO – VİDEO

Azərbaycanın öncül zərgərlik brendi olan Resm, özünün  məşhur “Tarixin Çarxları” kolleksiyasının Qarabağa həsr olunmuş “Evimizə qayıtdıq” adlı özəl buraxılışını təqdim etməkdən qürur duyur.

Bu kolleksiya bənzərsiz Qarabağ torpağının hər guşəsinin gözəlliyini nümayiş etdirir, eyni zamanda onun mədəniyyətinin zənginliyini özündə əks edir.

Qarabağ hər bir azərbaycanlının qəlbində xüsusi bir yer tutur. Qədim, zəngin və çoxşaxəli mədəniyyətin beşiyi, heyrətamiz təbiəti olan bu torpaq 30 ilə yaxın müddət ərzində işğal altında qalmış, bir milyona qədər insanı evsiz,  doğma  vətəni ziyarət etməkdən məhrum edilmişlər. Bu gün Qarabağ azadlığa qovuşdu,  Azərbaycan qədim, çoxşaxəli mədəni irsinə, milli humanist ənənələrinə sadiq qalaraq şəhərləri və kəndləri yenidən bərpa edəcək və bütün fərqli dinlərə mənsub olan insanların daim əmin-amanlıq içində yaşaması üçün şərait yaradacaqdır.

Kolleksiya azad edilmiş doğma diyarımızın şərəfinə, Qarabağın mədəni irsinin çoxşaxəliliyini tərənnüm etmək üçün böyük qürur hissi ilə hazırlanmışdır.” “Resm”in  təsisçisi və  dizayneri Rasmina Qürbətova qeyd etdi.

Kolleksiyadakı zinət əşyaları hər bölgəyə məxsus bir və ya daha çox element və simvol ilə bəzədilib və həmin bölgənin sənət növləri, mətbəxi, tarixi, coğrafiyası və diyarşünaslığı ilə əlaqələndirilir, onlarla assosiasiya yaradır. Kolleksiyaya daxil edilmiş zərgərlik məmulatlarının hamısı əbədiyyəti simvolizə edən və onların üzərindəki bəzək və atributları vurğulayan dairə şəklindədir. Hər bir əşyanın üzərində aid olduğu bölgənin işğaldan azad olunduğu tarix əksini tapır. Kolleksiyanın tərkibində həmçinin uşaqlar üçün Qarabağı tərənnüm edən rəngləmə kitabçası eləcə də yeni dizaynda fərqli aksesuarlar - şərflər və kişi cib dəsmalları da təqdim olunur.

Ətraflı məlumat və sifariş üçün:

28 May küç., 46E, Bakı, Azərbaycan

www.resm.com

Instagram: resmjewelry

Facebook: ResmJewelry

WhatsApp: +994 51 303 07 81

+994 12 493 24 69

+994 51 303 07 81

Reklam hüququnda

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2021 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net