Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı

16:30 - 25 / 11 / 2020
Sahibkarlar üçün “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtləri asanlaşdı

Azərbaycan Beynəlxalq Bankı pandemiya dövründə kiçik və orta biznesə dəstək məqsədilə daha bir kredit məhsulunun şərtlərini dəyişib. Bu, “İnvoysun maliyyələşdirilməsi” kreditidir. Dəyişikliyə görə, kreditin limiti ikiqat artırılaraq 500000-dən 1000000 manata çatdırılıb. İllik faiz dərəcəsi isə 3% endirilib. 

Kiçik və orta sahibkarlar elan edilmiş hesab-faktura üzrə debitor borclarının ödənişi məqsədilə bu imkandan faydalana bilərlər. Belə ki, bu məqsədlə müvafiq sənədləri təqdim edən kiçik və orta sahibkarlara Azərbaycan Beynəlxalq Bankı hesab-fakturada göstərilmiş məbləğin 90%-dək kredit limiti ayırır.

“İnvoysların maliyyələşdirilməsi” kreditinin özəllikləri:

  • Kreditin məbləği – 1 000000 manatadək
  • Kredit limitinin müddəti - 12 ayadək
  • İllik faiz dərəcəsi -  12%-dən başlayaraq

Müxtəlif biznes ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulmuş bu krediti Azərbaycan Beynəlxalq Bankının filiallarından almaq mümkündür. Bankın iş adamlarına yaratdığı biznes krediti imkanları barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq və uyğun kredit məhsulunu  link üzərindən onlayn qaydada sifariş etmək olar. Müştəri bankın biznes kreditləri barədə daha ətraflı məlumatı 937 nömrəli Məlumat Mərkəzinə zənglə də əldə edə bilər.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı sahibkarlara məsafədən hesab açmaq imkanı da yaradıb. Bundan başqa, iş adamları Bankın İBA Link xidmətindən faydalanaraq öz elektron ticarət sistemlərini qura, məsafədən satışlar həyata  keçirərək ödənişlərini onlayn qaydada qəbul edə bilərlər.

 Azərbaycan Beynəlxalq  Bankının  Korporativ bankçılıq üzrə baş direktoru Nərgizxanım Biləndərli bildirib: “İnvoysun maliyyələşdirilməsi” kreditinin şərtlərini dəyişməyimiz sahibkarlara maliyyə resurslarına daha çevik çıxış imkanı yaradacaq. Bizneslərin inkişafına təkan verəcək. Kiçik və orta sahibkarlar bundan faydalanaraq maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirə biləcəklər. Sahibkarlar filiallarımıza müraciət edərək, həmçinin bankın korporativ saytından onlayn kredit sifarişi verərək bu fürsətdən yararlana bilərlər”. 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
504

Son xəbərlər

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23
Bütün xəbərlər