QİK İnnovasiya və Akselerasiya (iX) Proqramının təlimləri Bakıda keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

QİK İnnovasiya və Akselerasiya (iX) Proqramının təlimləri Bakıda keçiriləcək

09:30 - 05 / 12 / 2019
QİK İnnovasiya və Akselerasiya (iX) Proqramının təlimləri Bakıda keçiriləcək

Biznesdə rəqabətin sürətlə artması dünyada, eləcə də Azərbaycanda intellektual kapitalın inkişafında, həmçinin sahibkarlıq fəaliyyətində innovasiyaların tətbiqinin zəruriliyini daha da artırıb.

Ölkəmizdə aparılan islahatların başlıca istiqamətlərindən olan və biznesin real tələblərini əks etdirən bu yanaşmalar yeni bazar tendensiyalarını da özü ilə gətirməkdədir. Bütün bunları nəzərə alaraq, bazarın resurs və tələblərinə uyğun innovasiyaların formalaşdırlması və biznesdə tətbiqi yollarını öyrənmək, eləcə də bu istiqamətdə dünya bazarı ilə inteqrasiyanı rentabelli təmin etmək üçün “İnnovasiya və Akselerasiya (iX) Proqramı” Bakıda keçirləcəkdir.

“İnnovasiya və Akselerasiya (iX) Proqramı” çərçivəsində olan bu təlimlər Stanford Universiteti Peşəkar İknişaf Mərkəzinin lisenziyalı kurs materialları əsasında Qlobal İnnovasiyalar Katalizatoru təlimçiləri və dünayanın beyin mərkəzi hesab olunan Silikon Vadisinin aparıcı mütəxəsisləri tərəfindən keçiriləcəkdir. Proqram Qlobal İnnovasiyalar Katalizatoru (Global İnnovation Catalyst) şirkəti ilə Stanford Universiteti Peşəkar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşdırılır.

Proqram çərçivəsində innovativ ideyaların biznesə çevrilməsi və sahibkarlığın inkişaf etdirilməsi üzrə sessiyalar 10 həftəlik olmaqla onlayn və üzbəüz formada keçirləcək. Bu unikal

proqram biznes təşəbbüskarlarına, özəl və dövlətin müvafiq strukturlarında fəaliyyət göstərənlərə bazarın tələblərinə uyğun innovativ həll yollarının formalaşdırlması və tətbiqi yollarını öyrədir.

Bu proqramı tamamlayan iştirakçılar Stanford Peşəkar İnkişaf Mərkəzinin bitirmə sertifikatı qazanacaqlar.

Proqramın modulları haqqında ətraflı məlumat almaq, həmçinin qeydiyyatdan keçmək və Azərbaycan nümayəndəliyi ilə əlaqə saxlamaq üçün linkə daxil ola bilərsiz:

http://globalinnovationcatalyst.com/ixprogram.html

Reklam hüququnda

Paylaş:
971

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər