Şuşada onlarla ermənini öldürən hərbçimiz: Onlara elə qorxu yaşatdıq ki, hətta... | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada onlarla ermənini öldürən hərbçimiz: Onlara elə qorxu yaşatdıq ki, hətta...

10:40 - 25 / 11 / 2020
Şuşada onlarla ermənini öldürən hərbçimiz: Onlara elə qorxu yaşatdıq ki, hətta...

“Şuşaya kanatla qalxdıq, yarım metr qarda 14 saat kəşfiyyatdan sonra 400 nəfər o dağı dırmaşmalı idi. Bıçaq, tapança, “limonka” ilə döyüşə gedirdik. Bizi nə gözlədiyini bilirdik. 500 erməni əsgərinin biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı burdakından azı üç dəfə çox idi. Çünki onlar bizim yollardan hücum edəcəyimizi güman edirdilər”.

1news.az publika.az-a istinadla xəbər verir ki, bu sözləri qazi Alik Məmmədov deyib.

Hərbi qulluqçu bildirib ki, ermənilər Azərbaycan Ordusunun heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyini düşünmürdü: “Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. Generalımızın (Hikmət Mirzəyev) düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı, məhv ola bilərdik. Amma hər şey zərgər dədiqliyi ilə ölçülüb-biçilmişdi. Biz qayaları dırmaşıb əlbəyaxa döyüşə girdik. Dəqiq deyə bilməyəcəm, təxmini desəm, 40-a yaxın erməniyə bıçaq salıb-çıxartmışam həmin hücum anı. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı.

Panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq. Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar. Onlar hətta öz əsgərlərinə belə inanmırdılar, yaxınlaşan erməni ermənini vururdu, çünki onların formasında belə biz ola bilərdik. Şuşa döyüşü bizim əzəmətimizi, gücümüzü, əsgərimizin qorxmazlığını onlara göstərdi. Onlar Şuşanı 1 il dayanmadan müdafiə edə biləcək sayda silah-sursat və canlı qüvvə ilə təmin eləmişdilər. Şuşa şəhidlərimizin qanı bahasına, kişiliyi, qorxmazlığı bahasına bir neçə saatda alındı”.

1news.az

Paylaş:
835

Son xəbərlər

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıbBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32
Bütün xəbərlər