Paytaxtın küçə və prospektlərində hərbi yürüşlər keçiriləcək - Bakı DYP-dən sürücülərə müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtın küçə və prospektlərində hərbi yürüşlər keçiriləcək - Bakı DYP-dən sürücülərə müraciət

Qafar Ağayev17:34 - Bu gün
Paytaxtın küçə və prospektlərində hərbi yürüşlər keçiriləcək - Bakı DYP-dən sürücülərə müraciət

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunacaq.

1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Məlumata görə, hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

I yürüş marşrutu: Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – Dəniz Vağzalı;

II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı - “İçərişəhər” metrostansiyası - Qala qapısı - Azərbaycan Dövlət Kukla Teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

III yürüş marşrutu: Q.Musabəyov parkı - Əbdürrəhim bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti;

V yürüş marşrutu: Nəriman Nərimanov heykəli - Mərkəzi Park - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı - Qış parkı - Heydər Əliyev Sarayı - Azərbaycan Respublikasının Mərkəzi Bankı - 28 Mall Ticarət Mərkəzi.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərdən və digər yol hərəkəti iştirakçılarından həmin tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmağı, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almağı və alternativ yollardan istifadə etməyi xahiş edib.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər