Bakıda müəmmalı hadisə: Ağır yaralı gənc motosikletlə qardaşının işlədiyi hotelə gəldi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda müəmmalı hadisə: Ağır yaralı gənc motosikletlə qardaşının işlədiyi hotelə gəldi

First News Media15:23 - Bu gün
Bakıda müəmmalı hadisə: Ağır yaralı gənc motosikletlə qardaşının işlədiyi hotelə gəldi

Bakının Nərimanov rayonunda müəmmalı hadisə baş verib.

1news.az Teleqraf.az-a istinadən xəbər verir ki, hadisə Bakıdakı hotellərin birinin qarşısında qeydə alınıb.

İlkin məlumata görə, 2002-ci il təvəllüdlü Həsənov Səmran Elsevən oğlu boğaz nahiyəsindən aldığı ağır xəsarətlə motosiklet idarə edərək qardaşının çalışdığı hotelin qarşısına gəlib.

Qardaşı onun boğazının kəsildiyini gördükdən sonra dərhal yaralını Kliniki Tibbi Mərkəzə çatdırıb.

Hazırda Səmran Həsənovun üzərində cərrahi əməliyyat aparıldığı bildirilir.

Hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Paylaş:
90

Son xəbərlər

Bütün xəbərlər