Cəlilabadda fərdi yaşayış evi yanaraq kül olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda fərdi yaşayış evi yanaraq kül olub

First News Media14:03 - Bu gün
Cəlilabadda fərdi yaşayış evi yanaraq kül olub

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb. Belə ki, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi qəfil alovlanaraq tamamilə yanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub və yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Yanğının başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər