1news.az

Xalq artisti Yalçın Əfəndiyev vəfat etdi

10 Dekabr saat 13:36 ~ 1 dəqiqəlik oxu 100
Xalq artisti Yalçın Əfəndiyev vəfat etdi

Xalq artisti, kinorejissor Yalçın Əfəndiyev dünyasını dəyişib. 

1news.az xəbər verir ki, bu barədə qafqazinfo-ya Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, 82 yaşlı rejissor bu gün vəfat edib. 

Y.Əfəndiyevlə vida mərasimi bu gün 15:00-da Təzə Pir Məscidində keçiriləcək. Xalq artisti İkinci Fəxri Xiyabanda dəfn olunacaq. 

Qeyd edək ki, "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri emalatxanasının bərpasından sonra çəkilən ilk cizgi filmi də məhz Yalçın Əfəndiyevin adı ilə bağlıdır. Onun 1969-cu ildə çəkdiyi "Cırtdan" cizgi-applikasiya filmi Azərbaycan milli kinosunda bu sahənin bərpasından sonra cizgi filmlərinin əsasını qoyub.

Sənədli filmləriylə Azərbaycan kinematoqrafiyasında xüsusi yer tutan Yalçın Əfəndiyevin yeganə tammetrajlı bədii filmi "Xatirələr sahili" filmidir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net