Yaşayış yerini tərk edən koronavirus xəstəsini hansı cəza gözləyir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaşayış yerini tərk edən koronavirus xəstəsini hansı cəza gözləyir?

17:45 - 29 / 11 / 2020
Yaşayış yerini tərk edən koronavirus xəstəsini hansı cəza gözləyir?

Azərbaycanda koronavirus infeksiyasına yoluxan şəxslərin icazə olmadığı halda evdən çıxma faktları aşkarlanmaqdadır. Virusa yoluxan şəxslər yoluxduqlarını bilə-bilə evdən çıxaraq xəstəliyin yayılmasına şərait yaradır. Daxili işlər orqanları əməkdaşlarının sayıqlığı nəticəsində bu cür şəxslərin hərəkət marşrutu xüsusi texniki vasitələrlə müəyyən edilərək saxlanılır, müalicə olunduğu yerə qaytarılır və ciddi nəzarətə götürülür. Həmçinin həmin şəxs barəsində qanunvericiliyin tələbinə uyğun olaraq cinayət işi başlanır.

Karantin qaydalarını pozan və koronavirus infeksiyasını yaymağa görə vətəndaşı hansı cəza gözləyir?

1news.az-ın Trend-ə istinadən məlumatına görə, ictimai yerlərdə hər hansısa yolla karantin qaydalarını pozan (qoruyucu maskadan düzgün istifadə etməmək, qaydalara riayət etməmək və sair) şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülür. Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Koronavirus infeksiyasına yoluxduğu halda icazəsiz olaraq müalicə olunduğu yeri tərk etmək isə cinayət məsuliyyətinə səbəb olur. Həmin şəxsə qarşı Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanır. Virusa yoluxmuş şəxsin yaşayış və ya müalicə yerini tərk etməsi aşkarlanan kimi həmin şəxsin yeri müəyyən edilərək saxlanılır və geri qaytarılır. Bundan sonra isə şəxs barədə başlanmış cinayət işi üzrə istintaq tədbirlərinə başlanır. Əgər istintaq müddətində həmin şəxsin koronavirus infeksiyasını kimlərəsə yoluxdurduğu aşkar edilərsə, bu zaman cinayət işi Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsinə tövsif edilir. Bu zaman infeksiyanı yayan şəxs iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Əgər infeksiya yayan şəxsin bu hərəkəti digər şəxsin ölümünə və ya ağır nəticələrə səbəb olarsa ona qarşı Cinayət Məcəlləsinin 139-1.2 - ci (Eyni əməllər insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham elan olunur. Bu isə həmin şəxsin üç ildən beş ilədək müddətə azadlığının məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması deməkdir.

1news.az

Paylaş:
561

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər