Yenidən qadağa: hansı ölkələr yumşaldılma tədbirlərindən sonra sərt karantin rejiminə qayıdır? – FOTO | 1news.az | Xəbərlər
Dünya

Yenidən qadağa: hansı ölkələr yumşaldılma tədbirlərindən sonra sərt karantin rejiminə qayıdır? – FOTO

16:04 - 19 / 06 / 2020
Yenidən qadağa: hansı ölkələr yumşaldılma tədbirlərindən sonra sərt karantin rejiminə qayıdır? – FOTO

Son həftələrdə dünyanın bir çox ölkəsində koronavirusa yoluxma statistikasında kəskin artım müşahidə olunur. Bu, karantin tədbirlərinin zəiflədilməsi, iqtisadiyyatın və sosial həyatın açılması mərhələsində olan ölkələrdə də baş verir.

Öz növbəsində, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bir çox ölkələrin məhdudlaşdırıcı tədbirlərdən imtina etməyə tələsdiyini xəbərdar etdi və bu, yeni bir infeksiya dalğası ilə müşayiət olundu.

Çin bununla üzləşdi, belə ki, burada ilk dalğa keçib və artıq ölkə iqtisadi və sosial həyatın bərpası yolundadır. Lakin ötən həftənin sonunda paytaxt Pekində geniş yoluxma hadisəsi baş verdi. Yoluxmanın mərkəzi 100-ə yaxın insanın yoluxduğu iri “Sinfadi” ərzaq bazarıdır.

Yerli medianın qeyd etdiyi kimi, bazara yoluxmuş insanların aşkarlandığı vaxtdan bəri 200 mindən çox insan orada olub. Bu, şəhər rəhbərliyini kəskin tədbirlərə əl atmağa məcbur etdi: bazar bağlandı və Fentay bölgəsində hərbi vəziyyət tətbiq olundu, səhiyyə sahəsində təcili reaksiya səviyyəsi yenidən II səviyyəyə qaldırıldı.

Bununla yanaşı Pekin hökuməti şəhərdəki məktəblərdə və universitetlərdə dərslərin müvəqqəti dayandırılması, ictimai nəqliyyatda məhdudlaşdırma və ən azı min reysin ləğvi barədə qərar qəbul etməyə məcbur oldu.

Həmçinin Qazaxıstanda, son həftələrdə sutka ərzində təxminən 300-400 yeni yoluxma halı qeydə alındı, bu səbəbdən də məhdudiyyətləri yenidən tətbiq etmək ehtiyacı ilə üzləşdi. İyunun 11-də gündə demək olar ki, 1000 insanda koronavirus aşkar edilib.

Ümumilikdə, 18 iyun aid rəsmi məlumatlara görə, ölkədə 16 minə yaxın yoluxma hadisəsi, o cümlədən 97 ölüm hadisəsi aşkar edilib. Reuters qeyd edir ki, rəsmi statistikaya daxil olmayan 6 mindən çox asimptomatik daşıyıcı da sayılsa, ölkədə 22 mindən çox yoluxmuş var.

Cümə axşamı hökumət, gələn həftə sonu, 20-21 iyun tarixlərində ölkənin böyük şəhərlərində məhdudlaşdırıcı tədbirləri sərtləşdirəcəyini və həmçinin koronavirus xəstəxanalarının sayını artıracağını söyləyib.

Nur-Sultan, Almaata, Qarağan, Şımkənt, Pavlodar və Ekibastuz şəhərlərində bu həftə sonu ticarət mərkəzlərinin, mağazalar şəbəkəsinin, qapalı ərzaq və qeyri-ərzaq bazarlarının fəaliyyəti dayandırılacaq, kafelərə isə yalnız açıq havada təhlükəsiz məsafəsini qoruyaraq icazə verilir, ictimai nəqliyyatın da fəaliyyəti məhdudlaşdırılır.

Bu şəhərlərdə həmçinin ictimai yerlərin - parkların, meydanların, sahillərin, çimərliklərin, su parklarının və idman mərkəzlərinin fəaliyyəti dayandırılır. 65 yaşdan yuxarı şəxslərin küçəyə çıxışı qadağandır. 50 mindən çox əhalisi olan yaşayış məntəqələrində ictimai yerlərin işi də dayandırılır. Önümüzdəki həftə sonu və bu şəhərlərin yaxınlığındakı turizm bölgələrinə giriş qapalıdır.

Fotoda: dezinfeksiya tuneli. Almatı, 14 may. Mənbə: RFE/RL 

Sputnik agentliyinin Özbəkistan bürosuna istinadla verdiyi məlumata görə, Özbəkistan da karantin tədbirlərinə qayıdır. Prezident Şavkat Mirziyoyevin sözlərinə görə, "koronavirusla bağlı vəziyyət getdikcə mürəkkəbləşir". Xüsusi Təhlükəli İnfeksiyaların Qarşısının Alınması Respublika Mərkəzinin nümayəndəsi Marufjon Madaminovun sözlərinə görə, epidemioloji vəziyyətin pisləşməsinə səbəb son vaxtlar bir sıra sosial tədbirlərin və fəaliyyətlərin yenidən başlamasıdır.

Bununla əlaqədar cümə axşamı Daşkəndin 71 məhəlləsində “qırmızı” karantin səviyyəsinin tətbiq olunduğu elan edildi. Burada bütün giriş və çıxışlar bağlıdır, səyyar postlar qurulacaq. "Qırmızı" zonanın hüdudlarında yaşayan, vətəndaşlar evdən yalnız fövqəladə hallarda – dərman və ya qida ilə əlaqədar çıxa bilər. Təhlükəsiz bir məsafəni saxlamaq və tibbi maska ​​istifadə etmək də tələb olunur.

Ukrayna da epidemiyanın yayılması səbəbindən karantinin sərtləşdirilməsi barədə düşünürlər. Səhiyyə Nazirliyi, ölkədə koronavirus epidemiyasının inkişafı üçün üç əsas ssenari hazırladı və ən pis vəziyyətdə, bəzi bölgələrdə ciddi uyğunlaşdırıcı karantin tətbiq edə bilər. 112.ua-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko açıqlama verib. Belə bir tədbir infeksiyanın artması dinamikasına əsasən qəbul edilə bilər.

Azərbaycan da istisna deyil. Karantin rejiminin yumşaldılmasında tam 1 ay sonra (iqtisadi fəaliyyətin bir çox sahələri bərpa edildi, ictimai iaşə fəaliyyətinə başlandı, parklar və çimərliklər açıldı), epidemioloji vəziyyət Nazirlər Kabineti yanında Operativ Qərargahın iki həftə - iyunun 21-dən iyulun 5-nə qədər karantin tədbirlərinin geri qaytarılması barədə qərar qəbul etməyə məcbur etdi.

Son həftələrdə gün ərzində 300-400 yeni yoluxma halı aşkar edilib ki, bunların əksəriyyəti Bakıda qeydə alınmışdır. 18 iyun tarixinə görə, qeydiyyata alınan halların ümumi sayı 11 min nəfəri keçir. 139 nəfər ölüb, təxminən 5 min nəfər hazırda xəstəxanalarda müalicə olunur.

Rəsmi nümayəndələr bunların aktiv artımının səbəbini, göstərişlərə məhəl qoymayan sakinlərin məsuliyyətsiz münasibətində – təmasları azaltmağa çalışmayanlarda, məsafələr saxlamayanlarda və maskalar taxmamaqda görür. Qeyd edək ki, son iki həftə ərzində istisna hallardan başqa demək olar ki, evdən çıxmaq mümkün olmayan həftə sonları qısamüddətli, lakin sərt qadağa sistemi də tətbiq edildi.

İndi, iyulun 5-dək ölkənin böyük şəhərlərində - Bakı, Sumqayıt, Cəlilabad, Gəncə və Abşeron rayonu - insanlar yalnız Daxili İşlər Nazirliyindən SMS icazəsi aldıqdan sonra və ya iş üçün xüsusi icazə ilə evdən çıxa biləcəklər. Ticarət mərkəzlərində, iaşə obyektlərində xidmət dayandırılacaq, gözəllik salonları və muzeylər bağlanacaq. Əvvəlki qadağadan fərqli olaraq, bu dəfə 65 yaşdan yuxarı insanlar üçün hərəkət məhdudiyyətləri təmin edilmir. Həm də ictimai nəqliyyatda məhdudiyyət olmayacaq, parklar və bulvarlar açıqdır.

Hətta COVID-19 epidemiyasını aradan qaldırmaqda Avropa ölkələri arasında yaxşı nəticə göstərən Almaniya, koronavirusun yenidən baş verməsinin qarşısını almaq üçün önümüzdəki aylarda bəzi məhdudlaşdırıcı tədbirlərin genişləndirilməsini elan etdi. Bloomberg-ə görə, söhbət təmasların maksimum məhdudlaşdırılması, yarım metr məsafəni qorumaq, şəxsi gigiyena qaydalarına riayət etmək və ictimai yerlərdə maska ​​taxmağın zəruriliyindən gedir. Ən azından, oktyabr ayına qədər böyük tədbirlərə qadağa qoyulur.

Fotoda: Almaniyada karantinə qarşı nümayişlər, may 2020

BBC-nin məlumatına görə, son həftələrdə İran, Cənubi Koreya, Pakistan, Şimali Makedoniya, Moldovada, həmçinin ABŞ-ın 21 ştatında - Kaliforniya, Arizona, Yuta, Nyu Meksiko və digər bölgələrdə yoluxma statistikası kəskin artıb. Arizona xəstəxanalarında yenidən fövqəladə vəziyyət rejimi tətbiq edilib. İyunun 4-də Şimali Makedoniya hakimiyyəti ölkənin bir neçə şəhərində yenidən komendant saatı tətbiq etdi.

Bununla birlikdə, yeni yoluxma sayında aktiv artımın olduğu bütün ölkələr karantini geri qaytarmağa və ya sərtləşdirməyə tələsmirlər, çünki bu cür tədbirləri iqtisadiyyata zərərli hesab edirlər. Bunlardan biri də İrandır.

İran Yaxın Şərqdəki koronavirusa məruz qalmış ölkədir və Çindən sonra infeksiyanın yayılmasının ilk mərkəzlərindən biridir. Vəziyyətin pisləşməsi hakimiyyəti qadağa tətbiq etməyə məcbur etdi, lakin aprel ayının ortalarından karantin tədbirlərinin mərhələli şəkildə zəifləməsi başladı və artıq iyun ayının əvvəlində gündəlik yoluxmaların sayı 3000-dən çox oldu.

İranda karantin ləğvinin insanların qeyri-ixtiyari olaraq sosial əlaqələrə səbəb olmasına gətirib çıxarır, lakin bunu artmanın əsl səbəbi hesab etmirlər. Ölkənin baş epidemioloqu Məhəmməd-Mehdi Quyyanın sözlərinə görə, statistika baxımından daha çox xəstə var, çünki daha çox sınaq keçirməyə və xüsusən də yüngül simptomlara yoluxmuş və ümumiyyətlə asemptomatik xəstələri müəyyən etməyə başladılar.

Eyni zamanda, İran prezidenti Həsən Ruhani, vəziyyətin pisləşməyə doğru davam edəcəyi təqdirdə sərt tədbirlərin yenidən həyata keçirilə biləcəyini də istisna etmir. Ekspertlərin fikrincə, ABŞ-ın sanksiyaları altında olan İran iqtisadiyyatının ağır vəziyyətini nəzərə alaraq onun belə bir addım atması ehtimalı azdır.

Pakistanda COVID-19 infeksiyası yoluxma sürətlə artmaqdadır, çünki ölkə karantindən qəfil çıxdı. BBC-nin İslamabaddakı müxbiri İlyas Xan bildirir ki, mağaza və müəssisələrdə iki metr məsafəni təyin edən işarələr yoxa çıxıb. Çox sayda ziyarətçinin binalara toplaşmasına nəzarət edən mühafizəçilər yoxa çıxdılar.

İyunun 10-da ÜST Pakistan hakimiyyətini infeksiyaların sayının artması ilə əlaqədar karantin məhdudiyyətlərini yenidən tətbiq etməyə çağırdı. Voice of America xəbər verir ki, ölkənin ən böyük əyaləti olan Pəncabın hakimiyyət orqanlarına göndərdiyi məktubda ÜST-nin sözçüsü Palitha Mahipala iki həftəlik karantin və iki həftəlik yumşaldılmadan sonra, həmçinin sınaqların miqyasını gündə 50.000 testədək artırmağı tövsiyə edir.

Braziliya da vəziyyət eynidir, cəmi bir gündə, 17 iyunda təqribən 35 min yeni yoluxmuş insan xəstəxanalara qəbul edildi – bu, ölkədə rekord say hesab olunur. İnfeksiyanın ümumi sayı bir milyona yaxındır. Ölkə infeksiyaların sayına görə dünyada ikinci yerdədir.

COVID-19-un sürətlə yayılmağa davam etdiyi bir vaxtda (dünyada 8,5 milyon insan yoluxub), hökumətlər çətin bir dilemma ilə üzləşirlər - əhalinin sağlamlığına üstünlük vermək və ya ölkə iqtisadiyyatını qorumaq.

Azərbaycanda bu sual artıq narahatlıq yaranmır: Prezident İlham Əliyevin dəfələrlə söylədiyi kimi, ölkə rəhbərliyi təhlükəsizlik və insan sağlamlığını prioritet məsələ kimi ön plana qoyub.  Dövlət tərəfindən pandemiyadan ən çox əziyyət çəkən əhalinin yoxsul təbəqələrinə və iqtisadiyyat sahələrinə dəstək olaraq maddi yardım ayrılır.

Mövzu ilə əlaqədar oxuyun:

“Çörək uğrunda döyüş” və boş rəflər: Bakı marketləri növbəti qadağa günlərinə necə hazırlaşır?

Koronavirus Qazaxıstanı yenidən bürüyüb: gün ərzində rekord sayda ölüm, yüzlərlə yeni xəstə – FOTO – VİDEO

Cümə və şənbə günləri sərt karantin tətbiq olunacaq? – RƏSMİ

Bəzi şəhər və rayonlarda 2 həftəlik ciddi karantin rejimi tətbiq olunacaq

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1763

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər