Binali Yıldırımın rəhbərliyi ilə yeni hökumətin tərkibi açıqlanıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Binali Yıldırımın rəhbərliyi ilə yeni hökumətin tərkibi açıqlanıb - FOTO

14:50 - 24 / 05 / 2016
Binali Yıldırımın rəhbərliyi ilə yeni hökumətin tərkibi açıqlanıb - FOTO

Mayın 24-də Türkiyənin yeni Baş naziri Binali Yıldırım Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiq etdiyi 65-ci hökumətin tərkibini açıqlayıb.

1news.az-ın Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, yeni hökumətdə Baş nazirin müavinləri vəzifələrinə Nurəddin Canikli, Mehmet Şimşək, Numan Kurtulmuş, Tuğrul Türkeş və Veysi Kaynak təyin ediliblər.

Bəkir Bozdağ ədalət, Fatma Betül Sayan Kaya ailə və sosial siyasət, Ömər Çelik Avropa İttifaqı naziri olublar. Elm, sənaye və texnologiya naziri vəzifəsinə Faruk Özlü, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə isə Süleyman Soylu təyin edilib. Mehmet Özhaseki ətraf mühit və şəhərləşmə, Mevlüt Çavuşoğlu xarici işlər, Nihat Zeybekci iqtisadiyyat, Berat Albayraq enerji və təbii sərvətlər, Akif Çağatay Kılıç gənclik və idman, Faruk Çelik qida, kənd təsərrüfatı və heyvandarlıq naziri kimi çalışacaqlar.

Altmış beşinci hökumətdə gömrük və ticarət naziri vəzifəsinə Bülent Tüfenkci, daxili işlər naziri vəzifəsinə Efkan Ala, inkişaf naziri vəzifəsinə isə Lütfi Elvan gətirilib. Nəbi Avcı mədəniyyət və turizm, Naci Ağbal maliyyə, İsmət Yılmaz milli təhsil, Fikri İşıq milli müdafiə, Veysel Eroğlu meşə və su işləri, Rəcəb Akdağ səhiyyə, Əhməd Arslan isə nəqliyyat, dənizçilik və kommunikasiya naziri vəzifələrində xidmət edəcəklər.

1news.az

 

Paylaş:
1225

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər