Mədəniyyət və Turizm Nazirliyi 10 illik yubileyini qeyd edir
Bu gün Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin 10 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilir.
1news.az xəbər verir ki, Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 30 yanvar 2006-cı il qərarına uyğun olaraq o vaxta qədər fəaliyyət göstərən AR Mədəniyyət Nazirliyi və AR gənclər, idman və turizm nazirliyi ləğv olunaraq AR Mədəniyyət Nazirliyi əsasında Mədəniyyət və Turizm Nazirliyi yaradılıb.
Mədəniyyət və Turizm Nazirliyi icra hakimiyyəti orqanı olaraq dövlət siyasətini mədəniyyət, turizm, tarixi abidələrin qorunması, nəşriyyat və kinomatoqrafiya sahəsində tənzimləyir.
Nazirlik bu sistemə daxil olan ali və orta ixtisas təhsil müəssisələri, musiqi məktəbləri, yaradıcılıq və Mugam məktəbi, mədəniyyət məktəbləri, onların müvafiq plan və proqramları, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssiləri zəncirinin yaradılması üzərində nəzarəti həyata keçirir.
Son illər ərzində nazirlik mədəniyyət, incəsənət, kinomatoqrafiya, turizm, tarixi və mədəni abidələrin qorunması sahəsində əhəmiyyətli uğurlara nail olub.
Təsadüfi deyil ki, son 10 il ərzində Prezident İlham Əliyev Azərbaycanda mədəniyyət və turizim sahələrinin inkişafə ilə əlaqədar 500-dən çox fərman və sərəncan imzalayıb.
Bu sənədlər dövlət siyasətinin formalaşması üçün möhkəm hüquqi baza rolunu oynayaraq yüzlərlə qərar, layihə və proqramların reallaşdırılmasına imkan yaradıb.
1news.az