Timati, Ramzan Kadırov və Zabit Səmədov: "Biz bunu bacardıq" - FOTO - VİDEO | 1news.az | Xəbərlər
İdman

Timati, Ramzan Kadırov və Zabit Səmədov: "Biz bunu bacardıq" - FOTO - VİDEO

1news Redaksiyası11:20 - 24 / 08 / 2016
Timati, Ramzan Kadırov və Zabit Səmədov: "Biz bunu bacardıq" - FOTO - VİDEO

Dünən Bakı vaxtı ilə saat 20:00-da başlayan döyüşdə azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Muay Thai versiyası üzrə dünya çempionu titulunu qazanıb.

1news.az  xəbər verir ki, Zabit Səmədov Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirində rumıniyalı döyüşçü Katalin Moroşanu ilə qarşılaşıb.Təxminən 1 dəqiqə davam edən döyüşdə rəqiblər bir-birinə yumruq zərbəsi endirə bilməyiblər. Hər iki idmançı zərbələrdən yayına bilib. Lakin, döyüşün taleyini Zabitin 1 diz zərbəsi həll edib. Həmin zərbə döyüşçümüzə karyerası ərzində 37-ci nakaut qələbəsini qazandırıb.

Qələbədən sonra Kadırov rinqə çıxaraq  Zabiti qucaqlayıb.

​

Zabit Səmədov döyüşdən sonra öz Instagram hesabında Kadırov və məşhur repçi Timati ilə birlikdə "Biz bunu bacardıq"  başlıqlı foto paylaşıb.

​

Mövzu ilə əlaqədar oxuyun:

Azərbaycanın “Mauqli”si: 87 qələbə, 37 nakaut - FOTO - VİDEO

Cəmil Abbasov

Paylaş:
41251

Son xəbərlər

Bütün xəbərlər