Bravoda Mastercardla ödə, yeni Lexusla get – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bravoda Mastercardla ödə, yeni Lexusla get – FOTO

10:31 - 04 / 08 / 2020
Bravoda Mastercardla ödə, yeni Lexusla get – FOTO

Yarım ilin sonunda mükafat öz şanslı sahibini tapdı.

Mastercard və Bravo "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində 2020-ci ilin əvvəlində başlayan bir illik lotereya kampaniyasının iki lüks avtomobilindən biri öz şanslı qalibinə çatıb. Kampaniyanın şərtlərinə əsasən Azərbaycanda hazırlanmış Mastercard və ya Maestro kartı olan və bu kartlarla alış-veriş edən hər bir Bravo müştərisi aylıq lotereyada iştirak etmək şansı qazanır və nağdsız ödənişlər zamanı eyni şansı on qat artır. Kampaniya başlayandan bəri kart əməliyyatlarında 40%, təmassız əməliyyatlarda isə 70% artım qeydə alınıb.

Mastercard və Bravo tərəfindən başladılan kampaniya nağdsız ödənişlərin artırılması və hökumətin daha şəffaf və güclü Azərbaycan iqtisadiyyatı üçün elektron ödənişlərin artırılması səylərini dəstəkləmək məqsədi daşıyırdı.

Kampaniya ilin sonuna qədər bütün Bravo mağazalarında keçərli olacaq. Hədiyyə qazanmaq üçün ən azı bir dəfə Mastercard kartı ilə ödəmək lazımdır. Bununla da lüks Lexus avtomobili və 20 ədəd son model iPhone smartfonu qazanmaq şansını əldə etmək olar. Kontaktsız ödənişə üstünlük verən istehlakçılar hər əməliyyatda 10 qat daha çox şans qazanırlar.

"Nağdsız ödənişlərin faydası göz önündədir. Tez, sadə və təhlükəsizdir. Mastercard ölkənin daha şəffaf və güclü iqtisadiyyatı naminə nağdsız cəmiyyətə dəstək vermək üçün rəqəmsal ödənişləri artırmaq məqsədi daşıyan "Nağdsız Azərbaycan" layihəsində Azərbaycan hökumətini dəstəkləməkdən qürur duyur," – deyə Mastercard-ın Azərbaycan üzrə Ölkə Meneceri Ərdəm Çakar qeyd edib.

“Mastercard ilə əməkdaşlıq etməkdən məmnunuq. Kart ödənişləri alış-veriş etmək və müştərilərimizə böyük hədiyyələrlə mükafatlandırılma şansını təqdim etmək üçün təhlükəsiz və rahat bir yoldur. Bütün qalibləri təbrik edirəm," deyə Bravo Marketlər şəbəksinin Pərakəndə Satış Direktoru Kevin Landi bildirib.

Qaliblər və lotoreya haqqında daha ətraflı buradan öyrənə bilərsiniz. www.bravomastercardlottery.com. ​

Lotoreya 21 yanvar 2021-ci il tarixinədək davam edəcək.

Mastercard haqqında (NYSE: MA), www.mastercard.com

Masterсard ödəniş sənayesində fəaliyyət göstərən qlobal bir texnologiya şirkətidir. Bizim missiyamız tranzaksiyaları daha təhlükəsiz, sadə, ağıllı və əlçatan etməklə hər kəsə hər yerdə faydalı olan əhatəli, rəqəmsal iqtisadiyyat yaratmaq və onu gücləndirməkdir. Təhlükəsiz məlumatlar, şəbəkələr və tərəfdaşlıqlardan istifadə edərək bizim innovasiya və həllərimiz fərdlərə, maliyyə institutlarına, hökümətlərə və şirkətlərə özlərinin ən böyük potensialını reallaşdırmaqda kömək edir. Bizim nizam-intizam əmsalımız bizim mədəniyyətimizə və şirkət daxilində və xaricində gördüyümüz hər bir işə stimul verir. Biz 210-dan çox ölkə və bölgədəki bağlantılarımızla biz hər kəs üçün qiymətsiz imkanlar açan dayanıqlı bir dünya qururuq.

Reklam Hüququnda

Paylaş:
927

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər