“Cənab Prezident, Azərbaycan Sizinlə fəxr edir” – Prezidentə yazırlar | 1news.az | Xəbərlər
Siyasət

“Cənab Prezident, Azərbaycan Sizinlə fəxr edir” – Prezidentə yazırlar

10:31 - 02 / 07 / 2020
“Cənab Prezident, Azərbaycan Sizinlə fəxr edir” – Prezidentə yazırlar

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.

“Yeni Tərtər” qəzetinin kollektivindən, Tərtər, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Tərtər rayonunun yeni mətbuat orqanı olan “Yeni Tərtər” qəzetinin kollektivi bizim rayona, onun əhalisinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz minnətdarlığını bildirir, liderlik fəaliyyətinizdə daha böyük uğurlar diləyir, Birinci vitse-prezident, xeyirxahlıq və səmimiyyət nümunəsi olan Mehriban xanım Əliyevaya və ailənizin digər üzvlərinə uzun ömür, cansağlığı arzulayır.

Sizin Tərtər rayonuna ardıcıl səfərləriniz, bu səfərlər zamanı rayon əhalisi ilə görüşləriniz, onların bir çox müraciətlərini nəzərə alaraq narahatlıq yaradan məsələləri həll etməyiniz, hətta cəbhə bölgəsində gərginlik yaşanan zamanlarda belə həyatınızı riskə ataraq tərtərlilərin yanında olmağınız düşmənlə yaxınlıqda yerləşən bu bölgənin əhalisini qürurlandırır, öz rəhbərinə güvənini daha da artırır.

Cənab Prezident, Tərtər rayonuna bu il iyun ayının 3-də növbəti səfəriniz zamanı burada bir çox yeni obyektlərin açılışında iştirakınız, ələlxüsus Tərtər Olimpiya İdman Kompleksinin açılışında bir qrup idmançı ilə görüşünüz və orada söylədiyiniz geniş nitq bizə xoş təəssürat bəxş etdi.

Möhtərəm cənab Prezident, bütün bunlar üçün və jurnalistlərə göstərdiyiniz güclü dəstəyə görə Sizə tərtərlilər və mətbuat işçiləri adından səmimi təşəkkürümüzü bildiririk”.

Fatma Quliyevadan, Ağcabədi, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Dünya birliyi bizə qarşı hələ də ədalətsiz mövqe nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq, Siz bu məsələdə daim qətiyyətlə Azərbaycanın barışmaz mövqeyini ifadə edirsiniz. Sizin iyunun 18-də "Şərq tərəfdaşlığı " ölkələrinin dövlət və hökümət başçılarının videokonfrans tipli sammitindəki çıxışınız bunu bir daha sübut edir.

Siz Ermənistanın baş naziri Nikol Paşinyana özlərinin terrorçunu xalq qəhrəmanına çevirdiklərini bildirdiniz. Bu ən düzgün və yerində verilmiş cavab idi. Biz fəxr edirik ki, Sizin kimi Prezidentimiz var. Ermənistanın hökümət başçısı susdu, çünki bu həqiqət idi. Biz daim Sizin siyasətinizi dəstəkləyirik və istər sülh yolu ilə olsun, istərsə də hərbi yolla, tezliklə Qarabağ məsələsinin bizim xeyrimizə həll olunacağına inanırıq”.

Mehnurə İsmayılovadan, Zaqatala, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizə ailəmin adından və öz adımdan sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Siz hər zaman xalqın yanında olmusunuz. Bu gün də dünyanı cənginə alan pandemiyaya qarşı mübarizədə bizlərə göstərdiyiniz sevgi, diqqət, qayğıkeşliyiniz dünyada əvəzolunmaz, hər zaman xalqının yanında olan Prezident olduğunuzu göstərdi.

Cənab Prezident, Sizə cansağlığı arzulayıram. Arzum budur ki, kölgəniz heç zaman başımızın üstündən əskik olmasın. Azərbaycan Sizinlə fəxr edir və ölkəmiz Sizinlə gözəldir”.

Azad Bayramovdan, Gəncə, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Sizin ölkədə apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Dövlət Aqrar Universitetinə göstərdiyiniz diqqət və qayğı bizi daha da ruhlandırır. Sizin son dörd ildə üçüncü dəfə Azərbaycan Dövlət Aqrar Universitetində olmağınız aqrar sahəyə, eyni zamanda, Universitetimizə göstərdiyiniz qayğının bariz nümunəsidir.

İyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı aqrar sahəyə böyük bir töhfədir. Müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, nəinki aqrar sahənin inkişafına vəsilə olacaq, kadrların yetişdirilməsinə kömək edəcək, eyni zamanda, xeyli sayda insanın işlə təmin olunmasına şərait yaradacaqdır. Bütün bunlar üçün Sizə dərin minnətdarlıq edirəm. Var olsun müstəqil Azərbaycan, var olsun, əziz Prezidentimiz”

Namidə Süleymanova, Aybəniz Kələşova və Xanım İsayeva, Zaqatala, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Məlum pandemiyanın bütün dünyanı sarsıtdığı vaxtda Sizin qabaqlayıcı tədbirləriniz nəticəsində ölkəmizdə vəziyyət nəzarət altında saxlanıldı. Sizin uzaqgörən siyasətiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ən ağır nəticələrindən xilas etdi. Vətəndaşların sağlamlığını düşünərək zəruri addımların atılması, insanların sosial rifahının təmin olunması istiqamətində gördüyünüz bütün işlərə görə Sizə təşəkkürümüzü bildirir, çətin və şərəfli işinizdə yeni uğurlar arzulayırıq. İnanırıq ki, xalqımız, eləcə də bütün bəşəriyyət bu bəladan tezliklə xilas olacaq”.

Nurəngiz Bədəlovadan, Biləsuvar, Azərbaycan

“Hörmətli cənab Prezident.

İlk növbədə, Sizə möhkəm cansağlığı, yeni uğurlar diləyirəm. Doğma Vətənim Azərbaycana isə sülh, əmin-amanlıq və daim çiçəklənmək arzu edirəm.

Möhtərəm cənab Prezident, son illər Biləsuvar rayonunda əkin sahələrinin su təminatı ilə bağlı çətinliklər əhalini narahat edirdi. Bu yerlərdə təsərrüfat işlərində su böyük əhəmiyyət kəsb edir. Yaranmış vəziyyətlə bağlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladıgınız Sərəncam bir biləsuvarlı kimi məni çox sevindirdi. Sizə dərin təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun”.

Aynur Sofiyevadan, Bakı, Azərbaycan

“Möhtərəm cənab Prezident.

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltifə görə Sizə minnətdaram. 1995- ci ildə YAP ailəsinə qəbul olunduqda da, 25 il öncə dahi şəxsiyyət Heydər Əliyevin əlindən ilk dövlət mükafatını böyük fəxr və sevgi ilə aldığımda da, bu gün Sizin imzanızla yüksək mükafatla təltif olunduqda da eyni məsuliyyət, eyni minnətdarlıq hissi keçirməklə yanaşı, layiqəmmi sualının həyəcanını da yaşadım. Əminlik və qətiyyətlə deyə biləcəyim isə Vətənimə sonsuz sevgim, xalqıma xidmət və ona layiq olmaq arzusudur. Ulu Öndərin "Gərək nəbzin Vətənin nəbzi ilə vursun" fikri isə hər zaman həyat kredom olub.

Bu yüksək dövlət təltifini gələcək fəaliyyətimdə, xalqıma xidmət yolunda avans kimi qəbul edir və bütün bilik və bacarığımı Vətənimin inkişafı yolunda əsirgəməyəcəyimə Sizi əmin edirəm.

Cənab Prezident, həyatımın ən mühüm mükafatına - Vətənimə xidmət şərəfinə və imkanına görə minnətdaram”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
876

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər