ru

FORMULA 1

5 Fevral saat 11:28

Çeyz Kerri: Bakı möhtəşəm idman məkanıdır

Çeyz Kerri: Bakı möhtəşəm idman məkanıdır

2018-ci il mövsümünün yekunlarına əsasən, Azərbaycan Qran Prisi "Formula 1" yarışları arasında ən çox şöhrət qazanıb, eyni zamanda Bakı möhtəşəm idman məkanıdır.

1news.az-ın verdiyi xəbərə görə, bunu "Formula 1" Şirkətlər Qrupunun baş icraçı direktoru Çeyz Kerri deyib.

“Formula 1” Azərbaycanla əməkdaşlıqdan məmnundur və bu tərəfdaşlığa böyük önəm verir. Qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Azərbaycanda keçirilən bu yarış "Formula 1" yarışları arasında öz yerini tutur”.

İcraçı direktor qeyd edib ki, 2019-cu il mövsümündə "Formula 1" yarışında müəyyən dəyişikliklər olacaq:

“2019-cu ildə artıq siz yeni pilotlar görəcəksiniz, komandalarda, təşkilatçilarda dəyişikliklər olacaq. Bunların hamısı yarışın daha yüksək səviyyədə keçirilməsinə xidmət edir”.

Azərbaycan “Formula 1” ilə əməkdaşlığı 2023-cü ilədək uzadıb

S.Xankişiyeva

 

BÖLMƏDƏ YENİ

ƏN ÇOX OXUNANLAR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur