Elçin Əliyev: “Ümid edirəm ki, Bakı mütləq yaşamaq üçün əlverişli bir şəhər olacaq” | 1news.az | Xəbərlər
Müsahibə

Elçin Əliyev: “Ümid edirəm ki, Bakı mütləq yaşamaq üçün əlverişli bir şəhər olacaq”

15:00 - 07 / 07 / 2020
Elçin Əliyev: “Ümid edirəm ki, Bakı mütləq yaşamaq üçün əlverişli bir şəhər olacaq”

Şəhərimiz son illərdə çox gözəlləşib – bunu həm sakinləri, həm də paytaxtımızın çoxsaylı qonaqları qeyd edirlər. Bu gün Bakının mərkəzi rayonlarında tikilən binaların xarici görünüşündə simasız memarlıq nümunələrini görmək demək olar ki, mümkün deyil.

Şəhər sakinlərinin sosial hal-əhvalına və şəhərdə yaşayışdan məmnunluqlarına bilavasitə təsir - FOTOedərək onların bütün həyat fəaliyyəti sahələrini əhatə edən həyat keyfiyyətinin artırılmasına böyük diqqət ayrılır. Bizim müxbirimiz bu barədə Bakıya dair bir neçə kitabın müəllifi, sənətşünaslıq üzrə elmləri doktoru, professor Elçin Əliyev ilə danışdı.

- Hörmətli Elçin müəllim, siz özünüzün Bakı və Abşeronun memarlığına, şəhərimizlə baş verənlərə həssas, qeyri-laqeyd münasibətinizlə tanınmısınız. Hazırda paytaxtın memarlığına iki bir-birinə tam zidd olan nöqteyi-nəzər mövcuddur – biriləri, Heydər Əliyev Mərkəzini, Xalça Muzeyini, Dövlət Bayrağı meydanı ilə yeni bulvarı, Alov Qüllələrini, Mərkəzi parkı və s. misal gətirərək deyirlər ki, o, yeni nəfəs alıb. Digərləri isə deyirlər ki, Bakının şəhərimizə tarixən xas olan amfiteatr tikintisinin yox edilməsini və bütün yeni tikililərin xaotik, plansız inşa edildiyini anlamaq üçün Dağüstü parkdan baxmaq kifayətdir. Kim həqiqətə daha yaxındır?

- Çox sağ olun! Mən tez-tez, iş günündən sonra istirahət zamanı Bakının müxtəlif illərdə çəkilmiş fotoşəkillərinə baxıram və baş verən dəyişikliklərdən heyrətə gəlirəm. Bilirsiniz,  heyrandoğucu müsbət dəyişiklikləri görməmək mümkün deyil. Mənim kimi fotoşəkilləri müqayisə etmək imkanı olanda isə baş vermiş dəyişiklərdən sadəcə mat qalırsan! Həmdə  mən 10-15 illik şəkillərdən yox, demək olar ki, dünənki, 4-5 il bundan əvvəl çəkilmiş şəkillərdən danışıram. Şəhər tamamilə dəyişib, müasir, təmiz, həyat üçün rahat olub. Azərbaycan paytaxtının sakinlərinin mədəniyyəti olduqca artıb. Biz bütün böyük regionun cazibə mərkəzinə çevrilərək inkişaf sürəti üzrə aparıcı dünya paytaxtları ilə ayaqlaşırıq.

Belə ki, Bakının “ikinci nəfəs” aldığını deyənlər yəqin ki, həqiqətə daha çox yaxındırlar. Bilmirəm, bu barədə heyfsilənmək nə qədər düzgündür. Əlbəttə ki, mənimdə hərdən ürəyimdən keçir ki, şəhərimizin valideynlərimin cavanlığı, uşaqlıq vaxtlarının küçələri dəyişməz qalsın. Onlar şəhəri necə görürdülər, hansı prospektlərdə gəzişirdilər, hansı binalara girirdilər – və istəmirəm ki, bu dəyişsin. Lakin anlayıram ki, bü mümkün deyil və düzgün deyil, lakin könül istədiyini istəyir.

Şəhərin amfiteatr tikintisi isə hazırda dağılıb və onun düzəldilməsi üçün zaman, yeni tikinti miqyası tələb olunur.

Elçin Əliyev

- Bakının bir neçə memarlıq inkişafı dövrləri var – XIX əsrin sonu-XX əsrin əvvəlindəki neft bumu ilə bağlı dövr, Sovet konstruktivizmi dövrü, Stalin ampiri, Xruşşov dövründə insanlar üçün kvadrat metrlər xeyrinə memarlığın unudulması, Heydər Əliyevin dövrü – Sovet modernizmi – hansı ki, bizə möhtəşəm memarlıq abidələrini miras qoyub və İlham Əliyevin dövrü. Onlardan hansı Bakı üçün əlamətdar olub?

- “Xruşşov dövründə memarlığın unudulması” terminilə razı deyiləm. Bilirsiniz, təəssüf ki, tarix heç də həmişə ədalətli deyil. İosif Stalin, yalnız binaların zahiri görünüşü haqqında düşünərək, müharibədən sonrakı illərdə memarlara faciəli surətdə çatışmayan yaşayış binaları layihələri haqqında yox, qələbə abidələri, zəfər tağları, möhtəşəm binalar haqqında düşünməyi tapşıraraq dünyada bir çoxlarını valeh edən gözəl monumental tikililərin yaradıcısı kimi memarlıq tarixində qaldl. Nikita Xruşşov isə ilk növbədə insanlar haqqında düşünərək və bütün səyləri mənzil probleminin həllinə yönəldərək – siz təsəvvür edə bilmirsiniz ki, xalq İkinci Dünya müharibəsindən sonra hansı vəziyyətdə yaşayırdı – tez-tez məzəmmətə məruz qalır... Bununla əlaqədar mən qədim yunan filosofu Epiktetin sözlərini xatırlayıram, o yazırdı ki, “əgər sən doğma şəhərində yüksək binalar tikmək əvəzinə onun vətəndaşlarını yüksəltsən – onun ən böyük xeyirxahı olarsan: yüksək ürəklərin alçaq binalarda yaşaması yüksək binalarda alçaq, cılız könüllərin yuva qurmasından yaxşıdır”. Bundan yaxşı demək olmaz. Buna görə, rica edirəm, Nikita Xruşşovu günahlandırmayın. 

İndi isə sualınıza cavab verim. Siz tamamilə doğru olaraq şəhərimizin memarlığının inkişafının əsas mərhələlərini sadaladınız: XIX əsrin sonunun – XX əsrin əvvəllərinin “ar nuvo” dövrü, 1920-1930-cu illərin memarlığında konstruktivizm, 1940-1960-cı illərin Stalin ampiri, 1970-1980-cı illərin Sovet “modernizmi” dövrü. Həmin dövrdə biz respublika rəhbərliyinin səyləri nəticəsində Bakıda mərkəzin səyləri və qadağalarına zidd olaraq əlamətdar və monumental binalarar tikilməsinə nail olurduq. Memarlıq inkişafımızdakı indiki dövrün necə adlandırılması barədə yəqin ki, danışmaq hələ tezdir, lakin istərdim ki, İlham Əliyevin dövrü, Bakıda inşaatda baş verən vakxanaliyaya son qoymuş həlledici qərarların qəbul edildiyi 2018-ci ildən başlasın. Buna görə düşünürəm ki, şəhərin memarlığında ən yaxşı dövr hələ gələcəkdədir. Bakı tarixində 1990-cı illərin onillik dövrü isə paytaxt tarixinin ən qara səhifələridir. Bu dövrdə şəhərinin korrupsiyalı memarlıq rəhbərliyi şəhərin tarixi mərkəzində tikinti üçün icazələri hərfi mənada satırdı. Buna görə hörmətli Prezidentin adının bu çirkin dövr ilə əlaqələndirilməsini istəmirəm.

- Boyuna almaq lazımdır ki, 2000-ci illərin əvvəlindən başlayaraq yaxın zamana qədər Hacıbala Abutalıbovun İcra Hakimiyyətinin başçısı olduğu dövrdə bu ya digər səbəbdən paytaxtın möhtəşəm memarlıq abidələri itirilmişdir. Atlantlarla ev, Abbas Mirzə Şərifzadənin evi, Dilarə Əliyeva küçəsindəki qülləli ev, köhnə İnturist, Qarabağ mehmanxanası, İçəri şəhərdə binalar – siyahını davam etmək olar. Onların itirilməsi qaçılmaz idi, paytaxtın inkişafının təbii proseslərinin nəticəsi idi yoxsa bu və digər tikililəri xilas etmək olardı?

- Bilirsiniz, özündən sonra misilsiz irs qoymuş italyan həmkarım memar və dizayner Ettore Sottsass yazırdı ki, “Müdhiş memarlıq sadəcə olaraq cəmiyyətin də eyni vəziyyətdə olması deməkdir”. Nəinki memarlıqda, hətta həyatın başqa sahələrində də özbaşnalıq və qanunsuzluğun törədildiyi o dəhşətli zamanları xatırlayırsınız? Memarlıq isə cəmiyyətin əksidir. Qarışıq zamanlardan istifadə edən yaramaz işbazlar bizi tariximizdən məhrum etdikləri üçün itirdik. İnşallah, bərpa edərik və yenidən tikərik. Əsası odur ki, biz bu memarlıq abidələrini unutmamışıq, xatirəmizdə saxlamışıq və əlbəttə ki, bərpa edəcəyik. Tariximizdə bu dövr də olacaq. Niyə görə mən bu qədər əminəm? Çünki son illərdə ölkə rəhbərliyi tərəfindən tarixi abidələrin mühafizəsinə böyük diqqət ayrılır və, Allaha şükür, heç bir memarlıq abidəsi sökülməyib. Bundan əlavə, bu gün dövlət tərəfindən paytaxtın memarlıq görünüşünün bərpasına maliyyə ayrılır – şəhər mərkəzində tarixi kvartallarda gəzişsəniz onları tanımazsınız.

- İçəri şəhərdəki vəziyyət çoxlarını narahat edir. Demək olarmı ki, orada hər şey yaxşıdır və qoruğun autentikliyini saxlamaq olub və ya hələ də təxirəsalınmas həllini tələb edən problemlər var?

- Bilirsiniz, artıq neçənci dəfədir ki, qoruğa müəyyən edilmiş səlahiyyətləri olan baş memar lazım olduğunu deyirəm və yazıram. O, dar ixtisaslı mütəxəssis kimi orada aparılan bütün bərpa və yenidənqurma işləri və yeni tikintinin səviyyəsi və vəziyyətinə görə şəxsi məsuliyyət daşımalıdır. İçəri şəhər qurumuna rəhbərlik edən məmur nəyim memarlıq abidəsi olub-olmamasını bilə bilməz və bilməməlidir, İçəri şəhərdəki bütün layihələrin qiymətləndirilməsində o, o cümlədən peşəkar mütəxəssisin rəyinə əsaslanmalıdır. Bir müddət əvvəl çalışdım aydınlaşdırım ki, qoruğun ştat cədvəlində ümumiyyətlə memar və ya baş rəssam vəzifəsi var ya yox və öyrəndim ki, yoxdur! Belə axı olmaz! Buna görə də biz ən yaxşı məramlarla bilmədən qədim tikililəri eybəcərləşdiririk – Qız qalasına qalxın və indiki İçəri şəhərə baxın. Təxirəsalınmas həlli tələb olunan çoxlu problemlərimiz var!

- Bu günlərdə siz mətbuatın diqqətini Bakıda Sovet konstruktivizminin rəmzi olan Azərnəşr binasına cəlb etdiniz. Və dərhal dövlət strukturlarının operativ reaksiyası gəldi, bina qorunub saxlanılacaq. Bakıda daha hansı binaların təxirəsalınmaz mühafizəsinə ehtiyac var?

- Bir tərəfdən son zamanlarda vətəndaşların müraciətlərinə operativ reaksiya verən dövlət qurumlarının belə reaksiyası çox xoşagələndir – boynuma almalıyam ki, mən Mədəniyyət Nazirliyini memarlıq irsinin qorunmasına dair məktublarla bombalayaraq bundan sui-istifadə edirəm. Lakin, digər tərəfdən sual yaranır – bəs vəzifə borcları memarlıq abidələrinin mühafizəsi olan qurumlar niyə işləmir? Fərdi şəxs olan Elçin Əliyev kimdir ki, memarlıq abidələrinin vəziyyətini izləsin və buna diqqət cəlb etsin? Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yoxdur? Mədəniyyət Nazirliyi yoxdur? Yəqin ki, məhz buna görə onları rüsvay edərək vəzifələrindən çıxardılar. Lakin həbs olunan cinayətkarlar axı vakuumda fəaliyyət göstərmirdilər, onların əlbirləri var idi, dövlət xəzinəsini dağıdanları bilərəkdən və tamahkarcasına cənab Prezident qarşısında himayədarlıq edənlər var idi, onlara himayədarlıq edən və işlərini üst-basdır edənlər, qazanılmamış fəxri fərmanlar verənlər var idi. Buna görə Mədəniyyət Nazirliyindən olan bir neçə rüşvətxorun həbsxanada olması heç də tam qələbə deyil. Qələbə, biz mədəniyyət sahəsində korrupsiyanı kökündən çıxaranda, məmurları və onları xəlvəti dəstəkləyən korrupsionerləri məsuliyyətə cəlb edəndə, memarlıq abidələrinin taleyinə dair qərarların qəbul edilməsində şəffaflıq təmin ediləndə və bir çox başqa iş görülərndən sonra olacaq.

Mən elə yaxın günlərdə yazmışdım ki, bizdə qorunmalı olan memarlıq abidələrinin siyahısı düzgün tərtib edilməyib, binanın ona daxil edilməsi və ya çıxarılması üçün aydın və dəqiq meyarların olmaması natəmiz insanlara hər çür fırıldaqçılıq üçün geniş imkan verir. Təsəvvür edin ki, çox sayda doğrudanda dəyərli tarixi binalar ümumiyyətlə siyahıya daxil edilməyib!

Necə ola bilər ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunda orta əsrlərə aid hamam "dünya" əhəmiyyətli abidə, Sovet dövrünun Milli Məclisinin "simasız" tipik binası və 1980-ci illərdə tikilmiş, Nizami küçəsinə kobud şəkildə sıxışdırılmış və ən vacib piyada küçəsinin yarısını əbədi olaraq işğal etmiş Gənc Tamaşaçılar Teatrının müasir binası "dövlət" əhəmiyyətli abidə hesab olunur – eyni zamanda isə 1926-cı ildə tikilmiş Sabunçu dəmir yolu stansiyasının heyrətamiz gözəl binası isə "yerli" əhəmiyyətli abidə hesab olunsun?! İstiqlaliyyət prospektindəki gözəl tarixi binalar, Bakının ziyarət kartı və konstruktivist dövrün görkəmli memarlıq abidəsi olan Azərnəşr binası, kapitalist Bakının ən gözəl binalarından biri, İslam Səfərli küçəsindəki keçmiş Sabir kitabxanası və digərləri də həmçinin həqarətlə “yerli” əhəmiyyətli adlandırılıblar. Yəni siyahı tərtib edənlərin məntiqinə görə belə çıxır ki, Gənc Tamaşıçılar Teatrının boz "alkapon"la üzlənmiş müasir binası ölkə üçün Sabunçu vağzalının misilsiz dərəcədə gözəl binasında daha əhəmiyyətlidir? Axı bu belə deyil! Ölkənin memarlıq abidələrinin yeni siyahısını tərtib etmək üçün alimləri də daxil etməklə nüfuzlu bir komissiya yaratmaq lazımdır. Mən də bu işdə fəal iştirak etməyə hazıram – məndə Bakının müxtəlif dövrlərə aid bütün tikililəri və ölkənin əksər memarlıq abidələri haqqında məlumat var.

- Siz Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və həmçinin Bakı İcra Hakimiyyətinin yeni başçısı Eldar Əzizovun paytaxtın memarlıq irsinin qorunması sahəsində fəaliyyətlərini necə qiymətləndirirsiniz?

- Bunu etməyi düzgün saymıram, çünki yalnız cənab Prezident onların işini qiymətləndirə bilər, bu memarlıq sahəsi olsada belə. Bundan əlavə, hər iki məmur bu yaxınlarda vəzifələrinə təyin olunublar, gəlin onlara vaxt verək və hələlik tənqid etməyək. Hesab edirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi rəhbərinin üzərinə indi böyük məsuliyyət düşür - Bakıda tikinti idarəçiliyi sahəsində baş verən inqilabi dəyişikliklərdən sonra paytaxtımızın memarlıq inkişafı və görünüşü üçün məsuliyyəti məhz o daşıyır. Buna görə də ona səmimi qəlbdən uğurlar, etibar edə biləcəyi həmfikirlər dəstəsi toplamaq fürsətini arzulayıram.

Eldar müəllimə isə, onun şəhərə olan məhəbbətini bildiyimdən, bir xahişim var: zəhmət olmazsa, şəhər mərkəzindəki binaların fasadlarını kafe və restoranların küçəyə çıxarılmış metal konstruksiyalardan azad edin. “Azərbaycan” kinoteatrın yanında M.Ə.Rəsulzadə küçəsindəki memarlıq abidəsinin başına gətirilənlərə baxın – demək olar ki, binanın bütün perimetri üzrə onun bütün birinci mərtəbəsi boş otaqlarla tutulmuşdur, hansı ki, onların montajı zamanı binanın fasadına barbarcasına onlarla metak konstruksiyalar bərkidilmişdir. Eyni cür münasibət Bakıda mənim digər sevimli binam olan Əziz Əliyev küçəsi, 11 ünvanındakı Bakı neft maqnatı Hacıbaba Aşumovun mədaxil evinə göstərilməyə başlanılır. Son bir neçə həftə ərzində olduqca gözəl binanın fasadını korlayaraq onun qarşısında qapalı tikili quraşdırıblar. Necə olur ki, bir tərəfdən Səbayıl İcra Hakimiyyətinin başçısının göstərişi lə keçmiş məmur Zakir Sultanovun Nizami küçəsindəki küçəyə çıxan kafenin metal konstruksiyası memarlıq abidəsinə qayğı adı ilə dağıdılır, digər tərəfdən isə eyni zamanda Əziz Əliyev küçəsindəki daha gözəl binana daha eybəcər konstruksiya qurulur? Məntiq hardadır? Küçəyə çıxan yay kafe və restoranları ideyası əla ideyadır, bütün dünyada belə edirlər, lakin bunu tarixi binaların fasadlarının korlanması və onlara yüzlərlə bolt və dayaqların bərkidilməsi hesabına etmək olmaz. Axı bunu başqa cür, daha ehtiyatla etmək olar. Eldar müəllim, sizdən xahiş edirəm, yaranmış vəziyyətin həll olunmasına dair göstəriş verin!

- Hazırda Bakının Balaxanı qəsəbəsində onun görünüşünü tam dəyişdirən işlər aparılır. Nəticədə Balaxanı o qədər yaxşılaşıb ki, onu tanımaq olmur. Bakı İcra Hakimiyyətinin və “Bakı Abadlıq Xidməti”nin müştərək işi nəticəsində həm də Qış bulvarının yanındakı qədim binalar məhəlləsi da rekonstruksiya edilib. Siz bu işin əhəmiyyətini necə qiymətləndirirsiniz və Bakının daha hansı məhəllə və qəsəbələrini bu cür rekonstruksiya etmək olar?

- Yüz ildən artıq dövr ərzində Balaxanı qəsəbəsi Abşeronun şəhər rəhbərləri tərəfindən ən unudulmiş kəndi idi. Baxmayaraq ki, bizim bütün neft tariximiz orada başlayıb - XIX əsrin gözəl malikanələri ilə mühakimə edirəm. Onların bəziləri hətta Bakıdakılardan daha əvvəl tikilmişdir. Bəzi qohumlarım Balaxanıda dəfn olunub və mən onların qəbirlərini ziyarət edərkən həmişə orada yolların, evlərin, kəndin ümumi vəziyyətindən daim dəhşətə gəlirdim. Buna görə tanınmaz dərəcədə abadlaşdılımış kənd üçün ölkə rəhbərliyinə təşəbbüsləri üçün minnətdaram – mütləq gedib özünüz baxın! Siz inanmayacaqsınız ki, ora bu gün Abşeronun ən gözəl guşələrindən biridir!

Siz Qış bulvarı yaxınlığındakı tarixi binalar məhəllərini qeyd etdiniz, lakin işlər təkcə orada görülüb? Məncə, bu gün şəhərin bütün tarixi mərkəzi dəyişib. Mərkəzi küçələri gəzən zaman binaların demək olar ki, bir neçə il əvvəl, genişmiqyaslı bərpa işlərinə başlamazdan qabaq nə qədər pis vəziyyətdə olduğunu təsəvvür etmək çətindir. Binaların fasadları bir əsr yarımdan çox istismar tarixi ərzində xöşagəlməz hala düşmüşdü, qalın tünd his qatı ilə örtülmüşdü, üzlük daşında böyük görünən çatlar yaranmışdı, bir çox fasad detalları, o cümlədən eyvanların dağılmış kronşteynləri yox olmuşdu, üzərilərində əvvəlki həyacanlı dövrlərdən qalmış trolleybus xətləri, yüksək gərginlikli kabellər, telefon xətləri üçün metal dayaqlar və s. kimi üst-üst laylar qalmışdı. Ümimiyyətlə, Sovet hakimiyyəti inqilabdansonrakı ilk illərdə möhtəşəm malikanələri burjua keçmişinin qalıqları hesab edərək onlara o qədər də aman vermirdi. Müstəqilliyimizin bərpasından sonra isə zahiri reklamın quraşdırılması üzrə lazımi nəzarətinin olmaması səbəbindən memarlıq abidələrinin fasadları nizamsız reklam lövhələri, kobud quraşdırılmış metal mühafizə barmaqlıqları, hər yerdə istifadə edilən eybəcər açılıb-yığılan pəncərə qapaqları ilə zibilləndi. Kondisionerlərinin xarici bloklarının nizamsız və xaotik quraşdırılması da Bakı mərkəzində yüzlərlə memarlıq abidəsinin xarici görünüşünü eybəcərləşdirdi. Bu gün isə həmin rayondakı şəhər məhəllələri ən gözəl yerlərdən biridir, Bakının ziyarət kartıdır. Avropanın aparıcı ustadlarının ifasında XIX əsrin sonu – XX əsrin əvvəlinin Art Nouveau üslublu möhtəşəm malikanələri şəhərimizə məşhur Avropa paytaxt mərkəzləri ilə oxşarlıq təmin edir və on minlərlə turist və Bakı sakinləri bu gözəllikdən estetik həzz alır.

Bilirsiniz, axı şəhər məhəllələrinin yenidənqurulması binaların yüz il ərzində yığılmış çirk və qatlardan fiziki təmizləməsindən savayı çoxsaylı məsələləri həll edir. Abadlaşdırılmış mühitdə yaşayan insan və mənzilindən çıxarkən çirk və viranələyi görən insan tamamilə fərqli insanlardır, onların münaqişə səviyyələri fərqlənir, onlar şəhərdə yaşayışdan tamamilə fərqli dərəcədə məmnundurlar. Təsəvvür edin, evdən çıxan zaman evin girişində hər zaman gül görsəniz, bu sizə necə müsbət təsir göstərər? Buna görə, mən hesab edirəm ki, şəhər mərkəzində nəhəng sahənin yenidənqurulması zamanı nail olunmuş əsas məsələ onun sakinlərə qarşı “xoşməramlılığıdır”, yaşayış, insanın imkanlarının inkişafı və həyat planlarının reallaşması üçün əlverişliliyidir – və bu həm görülmüş işin, həm də şəhər mühitinin keyfiyyətinin qiymətləndirilməsi üçün ən mühüm meyardır.

- Bəs görülən işlərin həmin küçələrdə yayaşan insanların vəziyyətinə təsiri nə qədər güclüdür?

- Çox böyükdür! Başa düşürsünüz, görülən işlər hesabına şəhər sakinlərinin yaşayış səviyyəsində keyfiyyət sıçrayışı baş verib – biz bunu çoxsaylı xırda təfərrüatlardan görürük və hiss edirik. Hələ bir neçə il əvvəl paytaxtın bu rayonunun şəhər mühitinin həyat fəaliyyəti üçün nə qədər əlverişli olması, onların bilavasitə yaşayış məkanının nə qədər rahat olması, bu zona üçün, xüsusilə uşaqlı ailələr, yaşlılar, əlillər üçün hansı infrastruktur problemlərinin aktuallığı dərəcəsi barədə heç kim düşünmürdü. Bu sahədə təşəbbü Heydər Əliyev Fonduna məxsusdur: memar və şəhər sakini kimi mənim üçün bir neçə il əvvəl Bakının bütün trotuarlarında əlillər üçün ən yüksək estetik səviyyədə hazırlanmış xüsusi pandusları görmək çox xoş idi. Təsəvvür edirsiniz, neçə min arabada hərəkət edən əlil azad hərəkət etmək və tam həyat yaşamaq imkanı əldə etdilər?

- Azərbaycan memarları tərəfindən inşa edilmiş Bakını bəzəyən və heyran qaldığınız yeni binalar var?

- Əlbəttə, var! Lakin bir-bir adlandırmaq istəmirəm – ondansa, imkandan istifadə edərək, memarlar, istedadlı həmkarlarım, memar üçün yüngül olmayan şəraitimizdə heyran doğurucu müasir memarlıq nümunələrini yaratmağı bacaran əsil qəhrəmanlar haqqında bir daha qürürla söz açmaq istərdim. Memarlar İttifaqı onları təşviq etməlidir, maraqlarını müdafiə etməlidir, onlara dua etməlidir – ölkədə başqa memar yoxdur kimi susmamalıdır. Əslində isə onlar çoxdur. Mənim fikrimcə, əsl peşəkarlar Rəhim Seyfullayev, Nazim Vəliyev, İlqar Bəylərov, Sənan Salamzadə, Nəriman İmaməliyev, İlqar İsbatov, Aleksandr Qarber, Novruz Eldarlı, Nazim Fəraczadə, Əbdül Hüseynov, Cahangir Axundov, Kamal Musaxanov XXI əsr Azərbaycan müasir memarlığının baniləridir. Ölkə memarlarının yeni nəsli məhz onların əsərlərində öyrənir və, inşaAllah, öz növbələrində memarlıq tariximizə yeni parlaq səhifə yazacaq.

- Ətraf mühitin və sakinlərin sağlamlığının müdafiəsi üçün paytaxtda tramvay, trolleybus və elektrik qatarlar kimi elektrik nəqliyyatın tam bərpası, Bakının yeni metro stansiyalarına ehtiyacı olması barədə çox söz-söhbət gəzir. Fikrinizcə, bu məsələnin hansı perspektivləri var? Ümumiyyətlə, necə düşünürsünüz, koronavirus pandemiyası ilə bağlı son hadisələr Bakının, ölkənnin digər böyük şəhərlərinin simasında necə əks olunacaq?

- Bilirəm ki, Bakı tramvayının bərpası, metro stansiyalarının genişləndirilməsinə dair planlar var və bu olduqca zəruridir. Faktiki olaraq, hazırda yeni urbanizm dövrü başlayır, çünki, cari virus pandemiyası dünyanın böyük şəhərlərinin, o cümlədən Azərbaycan şəhərlərinin də, görünüşünü çox dəyişdirə bilər. Təəssüf ki, bu barədə hələ heç kim düşünmür. Bu günlərdə elə sizin saytda oxudum ki, Ümumdünya Səhiyyə Təşkilatı ictimai nəqliyyatdan daha az istifadə etməyi, çox gəzməyi və ya velosiped sürməyi tövsiyə edir. Lakin çoxları üçün vərdişlərini dəyişdirmək çətin olacaq, xüsusilə evləri işdən uzaqdırsa, üstəlik bizim küçə mühiti tamamilə velosipedçilər üçün uyğunlaşdırılmayıb. Mütəxəssislər proqnozlaşdırır ki, insanlar, metro və avtobuslarda yoluxmadan qorxaraq daha tez-tez şəxsi avtomobillərindən istifadə edəcəklər. Bakı üçün bu çox böyük bir problem ola bilər. Buna görə təxirəsalınmadan piyada zonalarını genişləndirmək və yeni velosiped cığırları salmaq lazımdır. Nigə görə də İslam Səfərli küçəsini piyada küçəyə çevirib Fəvvarələr meydanını Qış bulvarı ilə birləşdirməyək? Post-koronavirus dövründə şəhər sakinlərinə hərəkət üçün daha çox məkan vermək, yəni sosial məsafə saxlamaq üçün daha çox imkan vermək daha əhəmiyyətlidir. Keçən il, Nyu-Yorkda olarkən nöqteyi-nəzərimdən çox orijinal bir “açıq küçələr” ideyası ilə rastlaşdım – insanlar səhər saat 8-dən axşam saat 8-ə qədər küçədə azad gəzişirlər, bundan sonra isə maşın hərəkəti növbəti səhərə qədər bərpa olunur. Bizdə son illərdə kütləvi şəkildə ağac əkildiyi də çox sevindicidir – bilirəm ki, son ay ərzində təkcə Balaxanı qəsəbəsində yarımmilyona yaxın ağac əkilib, bu isə şəhəri yaşıllaşdırır və havanın təmizliyi məsələsini həll edir.

- Mərdəkanda Tağıyevin malikanəsinin yenidənqurulması barədə nə deyə bilərsiniz?

- Yalnız deyə bilərəm ki, on illərlə yarımdağılmış vəziyyətdə olan tikilinin təmir edildiyinə şadam. Əlbəttə ki, mütəxəssis kimi mənum bəzi iradlarım var – onlarsız olmaz. Hesab edirəm ki, tarixi tikilidə, xüsusilə memarlıq abidəsində plastik pəncərələrinin istifadə edilməsi düzgün deyil. Bundan başqa, yüz il bundan qabaq tamamilə mövcud olmayan yamaclı metal dam eybəcər görünür. Niyə onu belə yaramaz şəkildə layihələşdiriblər və montaj ediblər – bu sualı binanın yenidənqurma layihəsini həyata keçirən mənə məlum olmayan həmkarıma vermək lazımdır. İkinci mərtəbə səviyyəsində köhnə şüşəbəndi bərpa etmək də olardı. Ümimiyyətlə, artıq birinci dəfə deyil ki, belə hallarda günahın çoxunu həmkarlarımda, memarlarda gördüyümü deməliyəm. Hətta belə bir məsəl də var ki, memarın vəzifəsi yeni bir şey fikirləşmək deyil, ilk növbədə müştərini səhvdən qorumaqdır. Əgər siz dəlil-sübutla sifarişçini fikrindən daşındıra bilmirsinizsə, nöqteyi-nəzərinizi müdafiə edə bilmirsinizsə, onda sifarişdən imtina edin. Əlbəttə ki, əgər sizin adınız sizin üçün dəyərlidirsə. Əks halda tarixi bina üzərindəki həmin eybəcər metal papaqcığı sizin adınızla əlaqələndirəcəklər. Belə hallarda hər birimiz öz seçimini edir.

Oxşar xoşagəlməz hadisə Bakıda İrəvan Dram Teatrının təzə yenidən qurulmuş binasının başına gəlib. Düzünü deyim, xəcalətlə bildirməliyəm ki, onun Bakıda olması barədə Mədəniyyət nazirliyində həbslərə dair kriminal xronikadan öyrəndim – deməli, yeni binanın tikintisi zamanı böyük həcmdə pul vəsaiti, nir neçə yüz min manat oğurlanıbmış. Lakin indi bunu kənara qoyaq. Bina elə primitivdir və elə səhlənkarlıqla yenindən qurulub ki, tikilini televiziya reportajında görəndə sarsındım! Necə, demək olar ki, 140 illik tarixə malik və 1988-ci ilə qədər Yerevanda fəaliyyət göstərmiş Azərbaycan Dövlət İrəvan Dram Teatrının binası budur? Bu, milli mədəniyyətimizin qədim ocaqlarından birini Binəqədi rayonunda olduqca eybəcər binada yerləşdirmiş dövlət orqanlarının mədəniyyətimizə əsl münasibətinin parlaq şəhadəti deyilmi? Mədəniyyət Nazirliyi və mədəniyyət nazirinin şəxsən belə layihəni niyə təsdiq etmələri bu yaxında aydın oldu və indi bunu Dövlət Təhlükəsizliyi Xidməti araşdırır. Lakin Memarlar İttifaqı yenə də “ağzına su alıbsa” belə, biz memarlar özümüz də aydınlaşdırmalıyıq görək Teatr üçün belə bir primitiv bina layihələşdirilmiş həmkarımız kimdir? Belə çıxır ki, bu, ölkəmiz və mədəniyyətimizə nifrət edən bir şəxsdir! Həmkarlarıma bu mötərizədə “mütəxəssis”in ad və soyadını öyrənməyi və onun memarlıq lisenziyasından məhrum edilməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməyi təklif etdim.

- Bakının yeni Baş planı günün tələblərinə nə qədər cavab verir, şəhərə nə gətirəcək?

- Hələki yoxdur, Baş plan hələ tərtibat prosesindədir. Ümumiyyətlə, Azərbaycan şəhərlərinin şəhərsalması ilə bağlı məsələlər mövzusu çox ciddidir. Niyə görə o, məhz indi kəskinləşib? An heç də təsadüfi deyil və cəmiyyətimizin inkişafının qanunauyğun nəticəsidir. Hələ bir qədər zaman əvvəl, 2000-ci illərin əvvəllərində əsas məsələ əhalinin gəlirlərinin artımı idi. Bu gün, obyektiv olaq, insanların həyat səviyyəsi artandan və stabilləşəndən sonra əhali şəhərlərdə yaşayışın zahiri tərkib hissəsinə diqqət yetirməyə başladı: abadlıq, infrastrukturun inkişafı, mənzillərlə təminat və s. Və aydın oldu ki, obyektiv olaraq müzakirə üçün ciddi predmet mövcuddur. Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Qəbələ, Şəki, Lənkəran və digər şəhərlərə ənənəvi olaraq infrakstruktur və xidmətlərin inkişafı, keyfiyyətli yaşayış mənzilləri və s. baxımından kifayət qədər sərmayı qoyulmurdu. Bu Sovet dövrünün hər şeyi kənara qoyub üstünlüyü sənayeyə verilməsi yanaşmasının nəticəsidir. Bundan başqa Sovet dövründə bizim şəhərlər, insan həyatı və təsərrüfat fəaliyyətinin tamamilə başqa tipi üçün layihələşdirilir və tikilirdi. Eləcə də 1990-cı illərdə infrastruktur, kütləvi yaşayış binaları və s. üçün sərmayələrin kəskin azalması baş verdi: özəl tikinti hələ inkişaf etməmişdi, dövlət büdcəsi ilə müstəqilliyin ilk illərində qalmış irsin “qəza istismarı” rejimində işləyirdi. Nəticədə, bizə insanların yeni yaşayış üslubu üçün uyğun olmayan şəhərlər miras qaldı. Bu bizim zamanda əhalinin ehtiyacları və yaşayış məntəqələrimizin təmin edə biləcəyi həyat keyfiyyəti arasında dissonans həlledici dərəcədə güclü olaraq həllinin əhəmiyyətli hissəsi şəhərsalma olan sistem həllinin axtarışına maraq doğurdu. Bu istiqamətdə işlər görülür və bizə yalnız nəticələri gözləmək qalır.

Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbəri yanında memarlıq-şəhərsalma şurasının bərpasının əhəmiyyətini vurğulamaq istərdim. Bu yaxınlarda öz çıxışlarının birində Prezident İlham Əliyev dedi ki, “Çox hallarda aparılan tikinti heç bir meyarlara cavab vermir – nə şəhərsalma, nə də tikinti meyarlarına. Bəzən memarlıq nöqteyi-nəzərindən tamamilə eybəcər binalar tikilir. Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir”. Bundan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vəzifəli şəxslərinin birinin müsahibəsində oxudum ki, “Komitəyə razılaşdırma və təsdiq üçün təqdim edilən memarlıq-planlaşdırma həlləri və tikinti layihələri təhlil edilir”. Sual: kimin tərəfindən təhlil edilir? Binaların memarlığı və şəhərsalma üzrə qərar qəbul edən bu şəxslər kimdir? Komitənin vəzifəli şəxslərinə bütün hörmətlə deməliyəm ki, onlar yaxşı təşkilatçı və idarəcidirlər, lakin Komitəyə təqdim edilən layihələrin memarlıq dəyərlərini dar ixtisaslı mütəxəssislərinə tapşırmaq daha yaxşı olardı. Əminəm ki, Komitədə ləyaqətli və işini bilən peşəkarlar var. Lakin əlavə olaraq layihələrin qiymətləndirilməsinə və qərar qəbul edilməsinə fəaliyyətdə olan memar və şəhərsalma mütəxəssislərini cəlb etmək daha yaxşı olmazmı? Axı vəziyyətin yaxşı tərəfə dəyişdirilməsi üçün şəhərsalma prosesində ictimai iştirakın gücləndirilməsi tələb olunur. Misal üçün, Rusiyanın Moskva şəhərində artıq çoxdan şəhərin Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində daimi əsasda fəaliyyət göstərən kollegial məşvərət orqanı olan “ArxSovet” yaradılıb. Onun tərkibinə, Komitə rəhbərliyindən savayı, şəhərin baş memarı, böyük lahiyələşdirmə şirkətlərinin rəhbərləri, tanınmış memarlar, ictimaiyyətin nümayəndələri daxildir. Niyə görə də bizdə də Komitə rəhbərliyini yanında belə bir təşkilat yaradılmasın? Bakıda eybəcər layihələrin inşasına yalnız bu cür son qoymaq olar. Bu, həmçinin, Komitə rəhbərliyinə layihə sifarişçilərinin, müxtəlif maraqlı tərəflərin təzyiqinə əlehidarlıq etməyə böyük kömək olardı. Yoxsa hər şey əvvəlki kimi qalacaq. Yalnız Komitəyə təqdim edilmiş gələcək layihələrin açıq və şəffaq müzakirəsi hansı sa dərəcədə şəhərlərimizin keyfiyyətsiz memarlıqdan xilas olunmasına zəmanət verir. Misal üçün, iki həftədən bir yığışan Memarlıq-şəhərsalma şurasının tərkibində mütləq fəaliyyətdə olan memarlar olmalıdır – bu onların vətəndaş borclarıdır. Əminəm ki, hər birimiz doğma ölkəmizin problemlərinin həlli üçün təmənnasız olaraq bir neçə saat vaxtını ayıra bilər. Şuranın bütün qərarları ixtisaslı əksəriyyət tərəfindən müzakirədən sonra səs çoxluğu ilə qəbul edilməlidir. Yalnız bu cür, layihənin rədd edilməsi təhlükəsi altında işgüzar adamları və tikinti şirkətlərini keyfiyyəti artırmağa həvəsləndirmək olar. Axı şəhərin vizual görünüşü ilk növbədə ümumi mədəniyyət məsələsidir. Fasadların keyfiyyəti, şəhər naviqasiyası, reklam konstruksiyaları ilə məsələlərə qayda-qanun gətirmək lazımdır. Mərtəbəlilik məsələlərinə kompleksdə baxmaq lazımdır. Əgər tarixi-mədəni mühit imkan verirsə, çoxmərtəbəli dominantlar da mümkündür, onların bütün zəruri infrastrukturla çox sərt təminatı şərtilə.

Eyni zamanda, müasir dövlətlərdə şəhər əhalisinin və, müvafiq olaraq informasiya həcmlərinin artması səbəbindən şəhərsalma fəaliyyətində şəhər tikintisinə dair məlumatları sistemləşdirən kompüter proqramları istifadə edilir. Buna görə hər məhəllə və hər bina üzrə təfərrüatlı məlumatları daxil edən məlumat bazası yaradılmalı və ümumi istifadəyə verilməlidir: onlar ilə gələcəkdə nə edilməsi planlaşdırılır, nə vaxt, hansı müddətdə məhəllə və ya bina sökülə bilər, hansı və kim tərəfindən təzminat ödəniləcək, mənzilin sahibkarı kimdir. Dünyanın istənilən inkişaf etmiş ölkəsində bizim Komitənin analoqu olan təşkilatın saytına daxil olmaqla bu məsələ üzrə tam, hərtərəfli və təfərrüatlı məlumat əldə etmək olar. Bu gün isə şəhər sakini olan on minlərlə ailələr “havada qalıblar”, onlar, sabah evlərinin başına nə gələcəyini bilmədiklərindən  uzunmüddətli plan qurmaq imkanından  məhrumdurlar. İndi sakinlər arasında söhbət zamanı evini sökəcəklər yoxsa yox soruşmaq dəbə minib. Mənim yaradıcı emalatxanam yerləşən binaya son illər ərzində hər dəfə fərqli, kim tərəfindən səlahiyyət verilməsi bəlli olmayan insanlardan ibarət üç-dörd komissiya gəlib-gedib. Yüz minlərlə şəhər sakinin talelərinə təsir edən məsələyə tam aydınlıq gətirmək dövlət orqanının başlıca vəzifəsi bu deyilmi? Axı adi şəhər sakininə Komitədən nə lazımdır: sakin istəyir ki, öz yaşayış evi, yaşayış rayonu barədə məlumatlandırılsın, onun yanında nə, nə vaxt və kim tərəfindən tikiləcək, sakinin qəti zəmanəti olmalıdır ki, Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumatına uyğun rəsmi məlumat olmadan heç kim və heç vaxt volyüntaristcəsinə onun evini öz ixtiyari planları üçün zəbt edə bilməyəcək.

Və bir əlavə arzu: dövlət orqanları tərəfindən Azərbaycanın böyük şəhərlərində tikinti üçün planlaşdırılan istənilən əhəmiyyətli ictimai və ya yaşayış binası üçün açıq memarlıq müsabiqələrinin keçirilməsi təcrübəsinin tətbiq edilməsi. Şəhərin tarixi memarlıq simasını qorumağa çalışmaq lazımdır, lakin eyni zamanda şəhər mühitinə obyektiv uyğunlaşa bilən və onun vəziyyətini yaxşılaşdıra bilən yeniliklərə də açıq olmaq lazımdır. Məhz yeni keyfiyyətli memarlıq obyektlərinin aşkarlanması və cəlb edilməsi üçün konsepsiyanın orijinallığı, funksionallıq, obyektin zahiri görünüşünün yaxındakı tarixi tikintiyə uyğunluğu və s. kimi çoxsaylı amilləri nəzərə alaraq təqdim edilən layihənin kompleks qiymətləndirilməsindən sonra qalibin müəyyən edildiyi müxtəlif memarlıq müsabiqələri keçirilməlidir. Bundan başqa, “şəffaf” müsabiqələrin keçirilməsi vasitəsilə bir çox müstəqil mütəxəssislərin qərar qəbul edən vəzifəli şəxslər və strukturlarla münasibətlərindən asılı olmayaraq onların yaradıcılığından bərabər istifadə imkanı yaradılır.

- Sonda Bakının gələcəyi haqqında soruşmaq istərdim -  siz onu necə görürsünüz, şəhər 10, 20, 30, 50 ildən sonra necə olacaq (necə olmalıdır)?

- Ümidvaram ki, Bakı mütləq yaşayış üçün rahat şəhər olacaq: yaşıllığa qərq olunmuş, çoxsaylı bağlar və parklarla, verlosiped cığırları ilə, yeraltı dayanacaqlarla, ən əsası isə - gələcək nəslin razı və gülümsəyən simaları ilə.

1news.az

Paylaş:
2596

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər