Mariya Zaxarovanın izi ilə: “Ekspress qazeta” Azərbaycan haqqında təxribat xarakterli material dərc edib | 1news.az | Xəbərlər
Köşə

Mariya Zaxarovanın izi ilə: “Ekspress qazeta” Azərbaycan haqqında təxribat xarakterli material dərc edib

16:41 - 17 / 01 / 2019
Mariya Zaxarovanın izi ilə: “Ekspress qazeta” Azərbaycan haqqında təxribat xarakterli material dərc edib

Dünən Rusiyanın məşhur nəşri “Ekspress qazeta”da açıq şəkildə anti-Azərbaycan mövzulu “Azərbaycanda nə vaxt prezident dəyişəcək?” adlı məqalə dərc edilib.

Qeyd edim ki, qəzet Kreml mövqeləri ilə məşhur olan, “Komsomolskaya pravda” nəşriyyat evi tərəfindən buraxılır. Nəşriyyat evinin rəhbəri Vladimir Sunqorkin Rusiyada ötənilki prezident seçkilərində bir anlığına Putinin etibar etdiyi şəxsi kimi bunu öz bəyanatlarında da açıq şəkildə göstərir.

Vladimir Sunqorkin

Açığı bu mətni məqalə adlandırmaq alınmır. Abzaslar bir-biri ilə uzlaşmır, burada əsas fikir və ya sual da yoxdur. Həmçinin məqalədə hansısa suala cavab da yer almır.

Mətnlər daha çox haradansa pərakəndə şəkildə toplanmış tezisləri xatırladır. Lakin qəzetin müəllifləri ya bunu gərginləşdirmək həvəsində olmayıblar, ya da gərginləşdirmək üçün məqam olmayıb ... Və tezislər düzgün tərtib edilmədən sadəcə olaraq sayta yerləşdirilib.

Tezislərdə sadəcə olaraq aləm bir-birinə qarışıb.

Burada İran və Səudiyyə Ərəbistanının dini təxribatı, Azərbaycan Respublikasının dövlət quruluşundan narazılıq edən talışlar, ləzgilər də yer alıb. Hökumət dəyişikliyi sən demə, təbii ehtiyatları bölüşdümək istəyən Qərbin neft şirkətlərinə, eləcə də “neft yataqlarını ələ keçirərək hökumətin başına rusfobu gətirmək” istəyən amerikalılar üçün sərfəlidir.

“Tezislərin” müəllifinə inansaq, Bakının xarici siyasət sahəsində də problemi var. Guya biz həm Rusiya, həm də Ukrayna ilə münasibətləri dəstəkləmək üçün bir cəhdlə iki stulda əyləşməyə çalışırıq.

Və daha nələr, nələr...

Əgər təxribatlı cəfəngiyyatı oxumaq sizlərə maraqlıdırsa bu linkə keçin.

Məqalədə çoxlu sayda cəfəngiyyatlar yer alıb. Nümunə üçün, nə üçün Qərb neft şirkətləri  milyardlarla dollar sərmayə yatıran ölkədə sabitliyi pozmağa çalışsın? Yeri gəlmişkən, burada qeyd etmək vacibdir ki, Azərbaycan verdiyi sözə əməl etmək bacarığını da sübuta yetirib – əcnəbi sərmayədarlarla imzalanan müqavilələr bir dəfə də pozulmayıb, ölkə verdiyi vədlərə qüsursuz şəkildə əməl edir, yatırılan sərmayələrə toxunulmazlıq təminatı verilib.

Milli azlıqlarla bağlı tezisi götürək. Burada rus, yəhudi, ləzgi və talış icmalarının nümayəndləri  tərəfindən dəfərlərlə təkzib edilən erməni təxribatını xatırladır. Çoxsaylı xarici müşahidəçilərin fikrincə, Azərbaycanın multikulturalizm modeli müxtəlif ksenofobiya və ultramillətçi qüvvələrin baş qaldırdığı çoxmillətli ölkələrdə öyrənməyə və uyğunlaşma layiqdir. Lakin göründüyü kimi, tezislərin müəllifinin fikri tam başqadır.

Bakının həm Moskva, həm də Kiyevlə yaxşı münasibətləri dəstəkləməklə bağlı “iki stolda oturmaq cəhdi” tezisi nədir... Burada sual yaranır, nə üçün Azərbaycan balanslaşdırılmış xarici siyasətin tərəfdarı olmamalıdır? Hər bir ölkənin milli maraqları bundan ibarət deyilmi? Rusiya Federasiyası da müharibə vəziyyətində olan iki Cənubi Qafqaz dövləti – Ermənistanla Azərbaycan qarşı bu cür davranmırmı? Bunu bir cəhdlə iki stulda oturmaq adlandırmaq olar?

Bir sözlə, anti-Azərbaycan qorxulu hekayələr yığınını oxumaq maraqlı olardı bir “lakin” olmasaydı – bu, bizə deyil, Rusiyanın orta statistik sakinə istiqamətlənib.

Və bu kimi ifadələr – “ayrı-seçkiliyə görə, qalan ruslar da Rusiyadan qaçır. Dəfələrlə politoloqlar açıq şəkildə rusfobiya ritorikası ilə bağlı fikirlər səsləndirib”. Bu da Rusiyada yaşayan həmvətənlərimizə qarşı nifrətdən başqa bir fikir deyil.

Bunu söyləyən məmurdan soruşmaq istəyirsən ki, yalan danışmağa utanmırsan? Bakıda Yerevandakı kimi bir dənə anti-Rusiya mitinqini misal gətirin. Azərbaycandakı qədər sayı olan rusdilli məktəb və Slavyan Universiti olan bir ölkənin adını çəkin. Bunla bağlı prezident Putin də dəfələrlə danışıb.

Yerevanda anti-Rusiya mitinqi

Maraqlıdır, “Komsomolskaya Pravda” nəşriyyat evinin kuratorlarından (məhz “Ekspress qazeta” ona məxsusdur) kim Moskva ilə Bakının münasibətlərinin korlanmasında maraqlıdır? Bu tezisləri qəzetin jurnalistlərinə kim “ötürüb?

Rusiya Federasiyası Prezidenti Administrasiyasının müvafiq şəbəsi bu məsələni aydınlaşdırmağı məsləhət görürəm.

Əks halda belə çıxır ki, ölkə rəhbərliyi qonşu dövlətlərlə, arasında xüsusi əhəmiyyət kəsb edən Azərbaycanla münasibətlərin yaxşılaşmasına çalışdığı halda, bəzi səriştəsiz məmurlar bu münasibətləri korlamağa çalışır?

“Ekspress qazeta”nın müstəqil jurnalistləri ilə bağlı bizə nağıl danışmayın... Hər şey aydındır.

Mariya Zaxarova ilə bağlı  hadisə bu cür təxribatların mümkünsüzlüyünü istisna etmir. Rusiya XİN-in rəsmi nümayəndəsi erməni əsilli Rusiya vətəndaşının Bakıya buraxılmaması zamanı Azərbaycana “üstünə gəlməsini” xatırlayarsınız. Rəsmi Bakı Zaxarovanı yerində oturtmağı bacardı. Belə olan halda Rusiyanın XİN rəhbəri S.Lavrov həmkarının fikirlərini  təkzib etmək məcburiyyətində qaldı.

Maraqlıdır, Kremlyönümlü “Ekspress qazeta”da dərc olunan “tezisləri” kim inkar edəcək?

1news.az-ın baş redaktoru Rəhman Hacıyev

Paylaş:
2696

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər