Albert Aqarunovun heykəlinin müəllifləri qonorardan imtina ediblər – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Albert Aqarunovun heykəlinin müəllifləri qonorardan imtina ediblər – FOTO – YENİLƏNİB

16:22 - 05 / 09 / 2019
Albert Aqarunovun heykəlinin müəllifləri qonorardan imtina ediblər – FOTO – YENİLƏNİB

Bir neçə gün öncə Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə abidə ucaldılması ilə bağlı məlumat vermişdik.

Layihə Ömər Eldarovun rəhbərliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimləri Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb.

Heykəlin əsas hissəsi tuncdan tökülüb, postamenti isə beton və bürüncdən hazırlanıb.

Heykəlin qoyulması ilə bağlı ilk təklif Aqarunovun döyüşdüyü "Səbail" tank taborunun komandiri Hacı Əzimovdan gəlib. O, Ömər Eldarovla görüşüb və bu məsələni müzakirə edib. Daha sonra Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev də Ö.Eldarovla bu barədə danışıb.

Layihənin eskizi Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb, səkkiz ay əvvəl Ö.Eldarova təqdim edilib. Mədəniyyət Nazirliyi təsdiq etdikdən sonra bu ilin aprelindən işlərə başlanılıb.

Məlumatlara görə, Zamik Rzayev və Rahib Qarayev bu işi təmənnasız görüblər.

Qarayev Rahib Arif oğlu 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə daxil olub. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.

2016-cı ildə Aprel döyüşlərində şəhid olmuş Samir Kaçayevin memorial abidəsinin müəllifidir. 2017-ci ildə Təzəkənd kənd məktəbi üçün şəhid Rövşən Nəbiyevin büstünü hazırlayıb. 2019-cu ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbində qoyulan şəhid Hakim Həsənovun heykəlinin müəllifidir.

Zamik Süleyman oğlu Rzayev 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 2006-ci ildə Əzim Əzimzadə adına rəssamlıq kollecinin heykəltəraşlıq fakültəsinə qəbul olub.

2011-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsinə, 2015-ci ildə həmin akademiyanın magistr bölməsinə daxil olub. 2017-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasınında müəllim kimi fəaliyyət göstərir. Bir sıra beynəlxalq və yerli sərgilərin iştirakçısıdır.

Qeyd edək ki, Milli Qəhrəman Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə düşmənin snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Oxu.az

03 sentyabr, 16:30

Bakının Nərimanov rayonunda Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunova heykəl qoyulub.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, rayonda A.Aqarunovun adına küçə də verilib.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Xatırladaq ki, Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.

Bu il şəhidin 50 illik yubileyidir.

S.Xankişiyeva

Paylaş:
3968

Son xəbərlər

Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:00QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37
Bütün xəbərlər