Nazirlik 190 manata qarpız alaraq parçalayan bloger barədə: “Harın həyat tərzi” keçirən... – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik 190 manata qarpız alaraq parçalayan bloger barədə: “Harın həyat tərzi” keçirən... – VİDEO

17:29 - 11 / 07 / 2020
Nazirlik 190 manata qarpız alaraq parçalayan bloger barədə: “Harın həyat tərzi” keçirən... – VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial şəbəkələrdə yayılan videoda Binəqədi rayon sakini, 1997-ci il təvəllüdlü Quliyev Ruslan Yaşar oğlunun aldığı 190 manatlıq birdəfəlik ödəməni mənasız bir əyləncəyə sərf etməsi ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, birdəfəlik ödəmə ilə bağlı müraciətlərə heç bir halda məmur-vətəndaş təması olmadan, onların mövcud yaşayış vəziyyətinin əyani müayinəsi aparılmadan, yalnız müxtəlif dövlət orqanlarının "e-informasiya" sistemlərindəki məlumatlar əsasında avtomatik şəraitdə baxılaraq qərar verilib. 

Ödəmə alanların siyahısı isə bu sahədə ictimai aşkarlığa önəm verilməsinin göstəricisi kimi və ictimai nəzarətə şərait yaradılması üçün Nazirliyin saytında açıqlanıb. Burada məqsədimiz həm də odur ki, əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlər aşkarlansın və kəskin ictimai qınağa hədəf olsunlar.

R.Quliyevin bu il aprelin 9-da birdəfəlik ödəmə almaq üçün etdiyi müraciətə "e-sistem" tərəfindən baxılarkən, onun bu vəsaiti almaq üçün qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu müəyyən edilib. Adında əmək müqaviləsi, VÖEN, əmlak, avtomobil və s. olması müəyyən edilməyib. Bu səbəbdən ona ödəmə təyin olunub:

"Bununla belə, Ruslan Quliyevin hüquqi yaransa belə, əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında “harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq. Bu cür hallar ictimaiyyət tərəfindən kəskin pislənməli və gənclərin cəmiyyətə yararlı formada fəaliyyəti təşviq edilməlidir".

Qeyd edək ki, sosial şəbəkələrdə Ruslan Quliyevin birdəfəlik ödəmə kimi almış olduğu 190 manata qarpız alaraq həmin qarpızları parçalamasını əks etdirən görüntülər yayılıb.

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
750

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər