Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Qafar Ağayev16:59 - Bu gün
Xaricdə iş vədi ilə çoxsaylı şəxsləri aldadan şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Abbasov Tural Bəhəddin oğlunun qanunsuz əməllərinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

1news.az xəbər verir ki, ibtidai istintaqla Tural Abbasovun özünü “Mannhaim Travel” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edərək xarici ölkələrdə işlə təmin edəcəyi və digər yalan vədlər verməklə çoxsaylı şəxsləri aldatdığı müəyyən edilib.

Məlumata görə, Tural Abbasov həmin şəxslərin müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirib, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə saxtalaşdırıb.

Toplanmış sübutlar əsasında Tural Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.

Onun barəsində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın qismən ödənilməsi təmin olunub.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər