31 yaşlı kişi Bakıda küçədə ölü tapıldı
Bakıda 31 yaşlı kişi küçədə ölüb.
1news.az xəbər verir ki, hadisə bu gün saat 01 radələrində baş verib.
Belə ki, Nərimanov rayonu Əliyar Əliyev küçəsi 37-nin qarşısından 30-35 yaşlı şəxsin ölməsi barədə məlumat daxil olub.
Ölən şəxsin narkotik aludəçisi olan İsmayıllı rayon sakini 1995-ci il təvəllüdlü V.Əhmədli olması müəyyənləşib.
Onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
58












