"Qəbələ"ni "Kəpəz"lə səfər matçına da Amil Ağacanov çıxaracaq | 1news.az | Xəbərlər
İdman

"Qəbələ"ni "Kəpəz"lə səfər matçına da Amil Ağacanov çıxaracaq

First News Media16:39 - Bu gün
"Qəbələ"ni "Kəpəz"lə səfər matçına da Amil Ağacanov çıxaracaq

Misli Premyer Liqasının V turunda "Qəbələ" komandası "Kəpəz"lə səfər matçına da qapıçı məşqçisi Amil Ağacanovun rəhbərliyi altında çıxacaq.

1news.az xəbər verir ki, bu barədə "Report"a klubun idman direktoru Səbuhi Səfiyarlı məlumat verib.

O, sabiq baş məşqçi Kaxaber Sxadadzenin istefasından sonra hələ də axtarışları davam etdirdiklərini söyləyib.

Xatırladaq ki, çempionatın IV turunda "İmişli" ilə görüşdə (2:1) də komandaya A.Ağacanov rəhbərlik edib. "Kəpəz" - "Qəbələ" matçı sentyabrın 12-də, saat 17:30-da Gəncə stadionunda start götürəcək.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər