Pirallahının dəyişimi: Qədim Bakı adası yeni turizm mərkəzinə çevrilir – FOTO –VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahının dəyişimi: Qədim Bakı adası yeni turizm mərkəzinə çevrilir – FOTO –VİDEO

12:24 - 02 / 09 / 2020
Pirallahının dəyişimi: Qədim Bakı adası yeni turizm mərkəzinə çevrilir – FOTO –VİDEO

Qədim Bakı adası Pirallahı – Abşeron yarımadasının az tanınan xəzinəsidir.

Eyni zamanda, hər tərəfdən Xəzər dənizi ilə əhatə olunmuş və yalnız gözəl müasir körpü ilə torpaqla əlaqəli Azərbaycanın quru ərazilərindən biridir. Balıqçıların, neftçilərin və zəhmətkeş sakinlərin diyarı – Bakının cəmi 60 kilometrliyində yerləşən Pirallahı, buna baxmayaraq az tanınır və az ziyarət olunur.

Bu, qismən adadakı sərt hava ilə izah edilə bilər – ancaq davamlı güclü küləklər və coşğun dəniz, payız və qış fırtınaları zamanı sahilləri dalğalarla bürüyərək, eyni zamanda sakinləri üçün  bənzərsiz ab-hava və Pirallahı ruhu yaradır. Bura xeyirxah insanların yaşadığı sərt və eyni zamanda gözəl bölgədir.

Oraya getmək o qədər də asan deyil – Pirallahıdan Bakının mərkəzinə və geri qayıtmaq üçün avtobusla bir qədər zaman və pul tələb edir. Bütün bu çətinliklər adadan və onu materiklə birləşdirən körpüdən gözəl mənzərələr, Xəzər dənizindən əsən külək və sahil boyu sakit gəzinti ilə əvəz olunur.

Pirallahı – ərazisi 17.56 kvadrat kilometr olan kiçik adadır. Adanın adı qədim dövrlərdə burada ibadət və ziyarət yeri olduğu üçün hərfi mənada “Allahın ziyarətgahı” deməkdir. 1936-cı ildə ada və qəsəbə inqilabçı Artyomun şərəfinə Artyom adası adlandırıldı, lakin 90-cı illərdə tarixi adı geri qaytarıldı.

1950-ci illərin əvvəllərindən bu yaxınlara qədər Pirallahı materiklə bənd vasitəsilə əlaqələndirilirdi və beləliklə adadan yarımadaya çevrildi. Ancaq 2017-ci ildə bənd əvəzinə gözəl körpü açıldı, beləliklə Pirallahı yenidən tam hüquqlu adaya çevrildi.

Burada tarix təkrarladı – axı XII əsrdə Pirallahı ada deyil, yarımada idi. Çünki Xəzərdəki suyun səviyyəsi xeyli aşağı idi. Ancaq 1306-cı ildə baş verən güclü zəlzələdən sonra Xəzər dənizindəki səviyyə təxminən 20 m qalxdı və nəticədə çoxsaylı buxtalar əmələ gəldi və yarımada adaya çevrildi.

1942-ci ildə - Qafqaz uğrunda döyüşlər zamanı faşist uzaqmənzilli “Yunkers” Yu-88 kəşfiyyatçıları tərəfindən havadan bir neçə dəfə çəkildiyi fotolar adanın neft əhəmiyyətini sübut edir. Ümumiyyətlə, bu, Azərbaycanda neft hasilatı üçün ilk yerlərdən biridir. XIX əsrdə ada iki ayrı sahəyə bölündü: biri yaşayış yeri, digəri isə neft çıxarılırdı. 1939-cu ildə adanın diqqət çəkən sənədli görüntüləri var ki, burada boş ərazilər, eyni zamanda neft istehsalı üçün əhəmiyyətli olduğunu göstərir.

Bundan əlavə, adanı təbii və tarixi üstünlükləri özündə birləşdirərək Abşeronun yeni turizm mərkəzinə çevirməklə bağlı böyük planlar var.

Xüsusilə Pirallahı Rayon İcra Hakimiyyətindən 1news.az-a verilən məlumata görə, Rusiyada və Türkiyə investorlar adada inşa edilən yeni “Nərəkənd” turizm kompleksinin tikintisində iştirak edirlər.

“Nərəkənd” kompleksinin ümumi sahəsi 50 hektardan çoxdur. Hazırda 23 hektar ərazidə tikinti işləri aparılır. Çimərlik ərazisində artıq bir çox işlər başa çatdırılıb – xüsusən də sahilin təxminən dörd kilometri möhkəmləndirilib, dəniz sahəsi tullantılardan və metal konstruksiyalardan təmizlənib və yol infrastrukturu yaradılıb.

Geodeziya və topoqrafik işlər aparılır, kommunikasiyalar planlaşdırılır və son mərhələdə - bir və üç mərtəbəli kotteclər, üç və dörd mərtəbəli yaşayış binaları tikiləcək. Bundan əlavə, uşaq əyləncə mərkəzləri, idman meydançaları və yaşıllıq ərazilər, kafe və restoranlar, qapalı və açıq hovuzlar yaradılacaq”.

“Nərəkənd” – adanın giriş istiqamətində yerləşən parkdır. Bəndin kənarında çox mənzərəli və təbii görünür. Dəniz mövzusunda kiçik memarlıq formaları ilə əhatələnmiş, sanki şəhərin səs-küyünə ara verməyə çağırır. İstirahət zonası körpünün, dənizin, Gürgan kəndinin və məşhur mayakın gözəl panoraması açılır.

Adanın əhalisi 17.281 nəfərdir, son illərdə Azərbaycanın müxtəlif bölgələrindən gələnlərin sayəsində çox artıb. Bakının mərkəzi ilə əsas əlaqə 150 ​​saylı avtobusdur ki, “Koroğlu” metro stansiyasına bir saatdan bir az çox vaxt aparır. Adada aktiv yaşyış-tikinti işləri aparılır. Həmçinin yerli İcra Hakimiyyəti hesabına çox sayda ağaclar əkilib.

Ada haqqında yeni turizm layihəsini şərh edən Bakı haqqında bir çox kitabların müəllifi, memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev 1news.az-a açıqlamasında bunun çox gözəl olduğunu və Pirallahını dəyişdirəcəyini söylədi.

“Burada gözəl ekologiya, gözəl sahil ərazisi, qədim mayak və dəniz mənzərələri var. Pirallahı, Nargin, Çilov adalarını rahatlıqla turizm zonalarına çevirmək ideyası möhtəşəmdir.

Ümumiyyətlə vurğulamaq istəyirəm ki, uzun müddət Xəzər rayonundan Milli Məclisin deputatı olmuş hörmətli Mehriban  xanım Əliyevanın diqqəti sayəsində Abşeronun bu hissəsi dəyişdi, daha da gözəlləşdi, möhtəşəm yollar salındı, Zirədə gözəl bir məscid quruldu.

Bu yaxınlarda Pirallahıda oldum, orada ötən əsrin 20-30-cu illərdə tikilmiş Stalin memarlıq nümunələri var, indi İcra Hakimiyyətinin binası olan gözəl Zəhmətkeşlər Sarayı var. Layihəni qiymətləndirərək deyə bilərəm ki, əla tərtibi var. Tətil qiymətlərinin yalnız əcnəbilər üçün deyil, məsələn,  bağ evi olmayan və Xəzər sahilində dincəlmək istəyən Bakı sakinləri üçün də əlverişli olmasını istərdim”.

Burada xatırlamaq yerinə düşər ki, Azərbaycan hökuməti Pirallahı və Çilov adalarını birləşdirəcək 22 km uzunluğunda bir yol inşa etməyi planlaşdırır. Bu layihə Pirallahı Külək Parkının inşası çərçivəsində həyata keçirilə bilər. Beləliklə, burada bir adada dünyanın başqa heç bir yerində tapa bilməyəcəyiniz neft və qaz, alternativ enerji və turizm sahələrinin harmonik ahəngini görə bilərik.

Pirallahı – Xəzər dəniz, Xəzri və Gilavarın simlərində çaldığı bənzərsiz təbii mühitdir. İldə 150 ​​gün burada güclü şimal küləyi əsir!

Buranın gözəlliyi cəlbedicidir və adanın sıx olmayan çimərlikləri və təbii gözəlliyi insanları çağırır. Beləliklə, köhnə ada asanlıqla Abşeronun ən böyük müasir çimərlik və turizm mərkəzinə çevrilə bilər.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
8524

Son xəbərlər

Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15
Bütün xəbərlər