Şüvəlanda torpağa basdırılmış “AKM 74” və 105 güllə tapıldı - Birgə əməliyyat | 1news.az | Xəbərlər
Cəmiyyət

Şüvəlanda torpağa basdırılmış “AKM 74” və 105 güllə tapıldı - Birgə əməliyyat

1news Redaksiyası12:11 - 02 / 10 / 2026
Şüvəlanda torpağa basdırılmış “AKM 74” və 105 güllə tapıldı - Birgə əməliyyat

Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirib.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində yerləşən köhnə tikilinin yanında torpağa basdırılaraq gizlədilmiş 1 ədəd “AKM 74” markalı avtomat silah, ona məxsus 4 ədəd daraq və 105 ədəd 5,45 mm kalibrli güllə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
290

Son xəbərlər

Bütün xəbərlər