Sumqayıtda məktəbdə 14 şagird zəhərlənib: TƏBİB və AQTA-dan AÇIQLAMA
Sumqayıtda məktəbdə şagirdlər arasında kütləvi zəhərlənmə baş verib.
Məsələ ilə bağlı TƏBİB-dən 1news.az-ın cavab olaraq bildirilib ki, bu gün saat 10:20 radələrində 14 nəfər (11 kişi cinsli, 3 qadın cinsli) zəhərlənmə şübhəsi ilə Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.
Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də məsələ ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
"Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir" - açıqlamada qeyd olunub.












