Sumqayıtda şagirdlərin zəhərlənməsinin ilkin səbəbi açıqlanıb - FOTO
Sumqayıtda şagirdlərin zəhərlənməsinə vaxtı keçmiş şirniyyatın səbəb olduğu ehtimal edilir.
1news.az xəbər verir ki, Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbində qeydə alınan zəhərlənmə hadisəsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülüb.
Agentlik tərəfindən hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb və müvafiq tədbirlər görülür.
Aparılan ilkin araşdırmaların nəticələrinə görə, hadisəyə məktəbdə şagirdlərdən birinin təhsil müəssisəsinə gətirdiyi, istifadə müddəti bitmiş (vaxtı keçmiş) şirniyyat məhsulunun səbəb olduğu ehtimal edilir.
AQTA-dan bildirilib ki, araşdırmalar davam etdirilir. Görülən tədbirlər və araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.















