Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib

19:15 - 10 / 08 / 2020
Prezident İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib

Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, təbrikdə deyilir:

“Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Seçkilərin nəticələri Belarus vətəndaşlarının Sizə yüksək etimadını, ölkənizin inkişafı naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyini bir daha təsdiq etdi.

İnanıram ki, bu inamlı qələbəniz qardaş Belarusun çiçəklənməsinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcək, xalqlarımız arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Belarus strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfə verəcəkdir.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Belarus xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

1news.az

Paylaş:
680

Son xəbərlər

Sürəti saatda 50 km-dən çox olan motosikllər üçün idxal gömrük rüsumu müəyyənləşibBu gün, 12:17Aprelin 21-də imtahan verəcək şagirdlərin sayı açıqlanıbBu gün, 11:37Bakıda bir yolda hərəkət məhdudlaşdırılacaq - XƏRİTƏBu gün, 11:29Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşların pullarını alan iki vəzifəli şəxsə cinayət işi açıldıBu gün, 11:22Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Şüşə sındı - VİDEOBu gün, 11:12Azərbaycanın iqtisadiyyat nazirinə yeni müavin təyin olunubBu gün, 11:03FHN əməkdaşları ötən gün 5 nəfəri xilas edibBu gün, 10:54Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaqBu gün, 10:44Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41
Bütün xəbərlər