Rəhman Hacıyev: Sosial şəbəkələr yaydığı məzmuna görə məsuliyyət daşımalıdır – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev: Sosial şəbəkələr yaydığı məzmuna görə məsuliyyət daşımalıdır – VİDEO

22:32 - 31 / 05 / 2020
Rəhman Hacıyev: Sosial şəbəkələr yaydığı məzmuna görə məsuliyyət daşımalıdır – VİDEO

Yaxın günlərdə ABŞ prezidenti Donald Trampla liberal nümayəndələrin tərəfdarları arasında növbəti qalmaqal yaşanıb.

Bu dəfə Amerika liderinin qəzəbinə onun bir neçə tvitini “əlavə yoxlanmaya ehtiyac kimi” qeyd etdiyi Twitter sosial şəbəkəsi səbəb oldu. Twitter bu təcrübəni yaxın günlərdə tətbiq edib. Görünür bunu Amerika dövləti başçısının tvitlərində sınamaq qərarına gəlib.

Trumpın tvitləri bülletenlərin poçtla göndərilməsi mövzusuna toxunurdu. Trampın fikrincə bu, qəbuledilməzdir, çünki bu, seçki zamanı manipulyasiyaya və saxtakarlığa səbəb ola bilər.

Sosial şəbəkənin qərarına cavab olaraq ABŞ prezidenti sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı fərman imzalayıb.

Beləliklə, o, 1996-cı ildə qəbul edilmiş “Kommunikasiya sahəsində nəzakət qaydalarını müəyyən edən nizamnamənin” (Communication decency act) müddəalarına dəyişiklik etmək niyyətindədir.

Nizamnamənin 230-cu bəndinə əsasən, sosial mediada yerləşdirilən məzmun sosial şəbəkələrin özlərinin cinayət təqibi mövzusu ola bilməz. Başqa sözlə, sosial şəbəkələr istifadəçilər tərəfindən bu platformalarda yerləşdirilən təxribatçı və ya yalan məlumatlara görə məsuliyyət daşımırlar.  Eyni zamanda, hətta belə yerləşdirmələr Konstitusiya və fikir azadlığı hüququ ilə təmin edilsə belə, sosial şəbəkələr hər hansı məzmunu tənzimləmək və ya silmək hüququ əldə edirlər.

Tramp ABŞ-da sosial şəbəkələrin toxunulmazlığını yenidən gözdən keçirmək niyyətindədir. O, xüsusilə bildirir ki, onun hərəkətlərinin məqsədi – azadlıq və demokratiyanın müdafiəsidir. Onun sözlərinə görə, onlayn-platformalar "qarşısı alınmaz gücə" sahibdirlər və öz istəkləri üzrə istənilən məzmunu senzura edə və məhdudlaşdıra bilər.

ABŞ Ədliyyə Nazirliyi prezident fərmanının müddəalarını tamamlayacaq qanun layihəsi hazırlayır.

İTV kanalının efirindən yayımlanan “Diqqət mərkəzi” verilişinin budəfəki mövzusu dünyada, xüsusən də Azərbaycanda sosial şəbəkələrdəki vəziyyət olub. 1news.az saytının baş redaktoru Rəhman Hacıyev verilişin qonağı olub.

“Sirr deyil ki, müasir dövrümüzdə sosial şəbəkələr məlumat yaymaqda bir nömrəli vasitəyə çevrilib. Facebook və Twitter-də yayımlanan xəbərlər bir neçə saniyə ərzində bütün dünyaya yayılır” – R.Hacıyev deyib.

Hacıyevin fikrincə, media məkanın belə bir dəyişikliyinin təsirini qiymətləndirmək çətindir:

“Təsəvvür edin, mayın əvvəlində Tesla şirkətinin səhmləri bahalaşanda şirkətin qurucusu İlon Mask bazarların bu cür müsbət reaksiyasının doğruluğunu şübhə altına salan tvit yazdı. Mask səhmlərin dəyərinin hədindən artıq qiymətləndirildiyini qeyd edir. Bu tvitin yayımlanmasından dərhal sonra Teslanın bazar dəyəri 14 milyard dollara düşdü. Düşünürəm ki, bu, sosial şəbəkələrin gücünü və onların fəaliyyətinin tənzimlənməsi məsələsinin aktuallığını əyani şəkildə nümayiş etdirir”.

Onun sözlərinə görə, Donald Trampın liberal mediaya qarşı iddiaları yeni deyil, eləcə də onun Twitter ilə qarşıdurması uzun müddətdir davam edir.

Baş redaktorun sözlərinə görə, ötən ilin noyabrında Antidiffamasiya Liqasının mükafatlandırma mərasimində çıxışı zamanı amerikalı aktyor Saşa Baron Koen sosial şəbəkələrin fəaliyyəti ilə əlaqəli problemin miqyasını aydın şəkildə ifadə edib:

“Aktyor çıxışı zamanı sosial şəbəkələrin məlumatlara hədindən artıq nəzarət etdiyinə görə tənqid edib və onları çox açıq şəkildə "tarixin ən böyük təbliğat maşını" adlandırıb”.  

Video: Saşa Baron Koenin çıxışı (ingilis dilində)

"Məlum olduğu kimi, ABŞ qanunvericiliyinə görə, sosial şəbəkələr paylaşılmış məzmun üçün heç bir məsuliyyət daşımır, bununla yanaşı, paylaşımı tənzimləmək və ya sadəcə olaraq silmək hüququnu özündə saxlayır və heç kim buna görə onları məsuliyyətə cəlb edə bilməz.

Yəni bu, təzadlı vəziyyət yaradır – sosial şəbəkələrin senzura hüququ var, lakin onlar "öz səhvləri" üçün məsuliyyət daşımırlar.

Bu görünməmiş hadisədir. Mahiyyətcə, qlobal miqyasda senzura ilə qarşı-qarşıyayıq”.

Onun sözlərinə görə, Tramp-ın nümunəsində şahid olduq ki, bu gün Twitter ABŞ prezidentinin paylaşımlarını "ortaya qoyulan faktların yoxlanmasına ehtiyac duyulduğunu" qeyd etməyi lazım sayarsa və ya onları silərsə, buna görə heç kim məsuliyyət daşımır:

“Bu, absurddur. 1996-cı ildə ABŞ-da "Nəzakət haqqında nizamnamə" qəbul edildikdə, internet tamamilə fərqli idi, sosial şəbəkələrin özləri yox idi və qanun, internetdə yayılmış məzmuna görə məsuliyyətdən azad edilmiş internet-provayderlərinin fəaliyyətlərini tənzimləyirdi”.

R.Hacıyevin sözlərinə görə, ABŞ prezidentinin sosial şəbəkələrdə verdiyi qərar çox aktualdır.

Azərbaycanda sosial şəbəkələrdəki vəziyyətə gəlincə, o, sözlərinə əlavə edib ki, keçən il sosial şəbəkələrdə müəyyən şəxslərə qarşı çirkin, böhtan xarakterli kampaniyanın şahidi olduq:

"Sosial şəbəkə bu cür kampaniyaların qarşısını almasa, bu məsələlər məhkəmə qərarı əsasında həll olunmalıdır - belə məzmun silinməlidir və bu baş verməyincə, ona giriş məhdudlaşdırılmalıdır. Bütün bu məsələlər hüquqi müstəvidə tənzimlənməlidir”.

Baş redaktor bu problemin aktuallığını nəzərə alaraq müvafiq qanunun qəbulu, son olaraq  Azərbaycan Parlamentində müzakirəsi ilə ictimai dinləmələrin keçirilməsini məqsədəuyğun hesab edir.

“Hesab edirəm ki, İnternet və KİV haqqında mövcud qanun zamanın tələblərinə cavab vermir. Aydındır ki, söz azadlığı ilə məsuliyyət arasında incə məqam var, lakin “söz azadlığı” adı altında yalan və təxribatçı məzmun yaymaq olmaz. Yalan məlumatların yayılmasına görə məsuliyyət müəyyən edilməlidir” – deyə Rəhman Hacıyev vurğuladı.

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
1628

Son xəbərlər

May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08
Bütün xəbərlər