Prezident: “İndi dünyada güc amili əsas rol oynayır və buna görə də biz daha güclü olmalıyıq” | 1news.az | Xəbərlər
Rəsmi

Prezident: “İndi dünyada güc amili əsas rol oynayır və buna görə də biz daha güclü olmalıyıq”

09:05 - 25 / 11 / 2015
Prezident: “İndi dünyada güc amili əsas rol oynayır və buna görə də biz daha güclü olmalıyıq”

Azərbaycan xalqı və dövləti heç vaxt imkan verə bilməz ki, Azərbaycan ərazisində ikinci qondarma “erməni dövləti” yaradılsın. Bizim bütün səylərimiz bu gün bu məqsədə xidmət edir. Biz bu məsələni bütün beynəlxalq təşkilatlarda müzakirə edirik. Bu məsələ bütün mötəbər tribunalardan səslənir və səslənməlidir.

1news.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev beşinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində bildirib.

Dövlətimizin başçısı deyib:

“Bununla bərabər, əlbəttə ki, diplomatik və siyasi səylər davam etdiriləcək. Minsk qrupunun fəaliyyəti əfsuslar olsun ki, bu günə qədər heç bir səmərə verməyib. Ancaq buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında çox dəyərli qərarlar qəbul edilibdir, digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir”.

Azərbaycanın başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşdiyini qeyd edən Prezident vurğulayıb ki, ikili standartlar reallıqdır və biz bu reallıqları nəzərə almalıyıq. Ancaq, eyni zamanda, öz prinsipial mövqeyimizi daim ifadə edəcəyik. Bir daha demək istəyirəm ki, münaqişənin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bu məqsədə nail olmaq üçün Azərbaycan daha da güclü olmalıdır.

Dünyada beynəlxalq hüquq normalarının arxa plana keçdiyini təəssüflə bildirən dövlətimizin başçısı deyib:

“İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq”.

1news.az

Paylaş:
654

Son xəbərlər

Bütün xəbərlər