"Neftçi" əsrin rekorduna imza atıb | 1news.az | Xəbərlər
İdman

"Neftçi" əsrin rekorduna imza atıb

1news Redaksiyası10:23 - Bu gün
"Neftçi" əsrin rekorduna imza atıb

Misli Premyer Liqasının lideri "Neftçi" keçirdiyi 10 qarşılaşmada 25 qol vurmaqla özü üçün XXI əsrin rekorduna imza atıb.

Bu barədə 1news.az-a Peşəkar Futbol Liqasından məlumat verilib.

Bakı klubunun mövsümün ilk 10 çempionat matçında ən azı 25 qol vurması sonuncu dəfə 2000-ci ildə qeydə alınıb. Paytaxt təmsilçisi 2000/01 mövsümünün müvafiq dövründə 28 qol vurub.

Son 25 mövsümün ən yaxşı göstəricisinə imza atan "Neftçi" bundan əvvəlki 24 turnirin ilk 10 matçında da orta məhsuldarlıqda 2,50-yə çata bilməyib.

Qeyd edək ki, 1992-ci ildən keçirilən çempionatın tarixində ən yaxşı nəticə də "Neftçi"yə məxsusdur. Bakı təmsilçisi 1996/1997 mövsümünün startında 10 oyunda 42 qola sevinib.

Paylaş:
75

Son xəbərlər

Bütün xəbərlər