Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb | 1news.az | Xəbərlər
Rəsmi

Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb

17:11 - 23 / 11 / 2015
Mehriban Əliyeva ISESCO-nun baş direktoru ilə görüşüb

Noyabrın 26-da Azərbaycanın birinci xanımı, ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təşkilatın baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və xoşməramlı səfirləri ilə görüşüb.

1news.az AZƏRTAC-a istinad edərək verdiyi xəbər görə, qonaqları salamlayan Mehriban Əliyeva ISESCO-nun Baş Konfransının XII sessiyasının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə etdi, bu tədbirin ölkəmiz və ümumilikdə İslam dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğuladı.

ISESCO-nun baş direktorunu Azərbaycanın yüksək mükafatı - “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edən Mehriban Əliyeva bu təşkilatla ölkəmiz arasında sıx dostluq əlaqələrinin olduğunu dedi.

Bildirdi ki, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayırlar. Ölkəmizdə mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlərin keçirildiyini deyən Mehriban Əliyeva tolerantlığın Azərbaycan cəmiyyətinin həyatında güclü ənənəyə çevrildiyini bildirdi.

Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti və ənənələrini tanıtmaq üçün dünyada bir çox tədbirlər keçirdiyini və həmin tədbirlərdə Azərbaycanda hökm sürən tolerantlıq mühiti barədə ətraflı məlumat verildiyini söylədi. Mehriban Əliyeva mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsində ISESCO-nun xoşməramlı səfirlərinin fəallıqlarını daha da artırmalarının əhəmiyyətini vurğuladı. Mehriban Əliyeva ISESCO ilə əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə etdi.

ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Baş direktor Azərbaycan ilə ISESCO-nun səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edərək qurumla ölkəmiz arasındakı münasibətlərin yüksək səviyyəyə çatmasında Prezident İlham Əliyevin və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolunu xüsusi qeyd etdi.

Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

1news.az

 

Paylaş:
748

Son xəbərlər

Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVABu gün, 13:15AMB-də COP29 zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunubBu gün, 13:08Xızıda polis külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkarlayıbBu gün, 13:06“Azerconnect Group” BMT-nin Qlobal Sazişinə qoşulubBu gün, 12:54Heydər Əliyev Beynəlxalq Aeroportu: Bakının dünyaya açılan qapısıBu gün, 12:49DİN qadın namizədlərin xidmətə qəbulu üçün müsabiqə elan edibBu gün, 12:41Yüksək keyfiyyət və zərif dizayn: Park Bulvar-da Türkiyənin KIP brendinin mağazası açıldı - FOTOBu gün, 12:37İlham Əliyev Qırğızıstana səfərə gedibBu gün, 12:24Yağış, qar, külək - Sabahın havası açıqlandıBu gün, 12:13Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənibBu gün, 12:09QMİ sədrindən təklif: COP çərçivəsində Dini liderlərin Məşvərət Şurası yaradılsınBu gün, 11:57Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanılıb - FOTOBu gün, 11:45Bakıda evdən dəyəri 10 min manatdan çox olan avadanlıq oğurlanıbBu gün, 11:28TKTA diplomları tanınmayan və ən çox imtina alan universitetlərin siyahısını açıqlayıbBu gün, 11:25İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcəkBu gün, 11:21“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən "Birinci" tarifini təqdim edirBu gün, 11:13ADY-nin tranzit daşımaları ötən il ilə müqayisədə 7 faiz artıbBu gün, 11:04FHN metronun “Koroğlu” stansiyasında təlim keçirib - VİDEOBu gün, 10:45Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürübBu gün, 10:35Əmtəə bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 10:33
Bütün xəbərlər