Afaq Gəncəlinin oğlunun cənazəsi Bakıya gətirildi
ATV telekanalının aparıcısı Afaq Gəncəlinin oğlunun cənazəsi Türkiyədən Bakıya gətirilib.
1news.az-ın Publika.az-a istinadən verdiyi xəbərə görə, meyit hava limanından birbaşa məscidə aparılıb.
12 yaşlı Qədirxan bügün torpağa tapşırılacaq.
Onun cənazəsi müğənninin Badamdardakı evindən götürüləcək.
Xatırladaq ki, Qədirxan ötən gecə uzun sürən xəstəlikdən sonra Ankarada vəfat edib.
Allah rəhmət eləsin.
1news.az
936