Barselonada Xocalı qətliamından bəhs edən filmin premyerası keçiriləcək | 1news.az | Xəbərlər
Mədəniyyət

Barselonada Xocalı qətliamından bəhs edən filmin premyerası keçiriləcək

14:40 - 25 / 11 / 2015
Barselonada Xocalı qətliamından bəhs edən filmin premyerası keçiriləcək

Xocalı qətliamından bəhs edən film 26 noyabr -10 dekabr tarixlərində Kataloniya vilayətinin paytaxtı Barselonada keçiriləcək .

1news.az xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, litvalı prodüser Aleksandras Brokasın rejissoru olduğu “Endless Corridor” (Sonsuz dəhliz) sənədli filminin dekabrın 3-də, yerli vaxtla saat 18:20-də İspaniyanın Barselona şəhərindəki “Girona” kinoteatrında primyerası keçiriləcək.

İnsan Hüquqları Film Festivalının proqramı çərçivəsində nümayiş olunacaq “Sonsuz dəhliz” filminin Barselona festivalında nümayişi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş bir milyondan çox azərbaycanlının pozulmuş hüquqlarının dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün yaxşı fürsətdir.

Bu il Barselona Film Festivalı üçün seçilmiş filmlər arasında Fələstin, İraq, İsrail, Almaniya, İngiltərə, İordaniya, Estoniya, Türkiyə, Serbiya, İtaliya, Kanada, Rusiya, Danimarka, ABŞ, Polşa, Livan, Moldova, Sahara, Mərakeş, Suriya, Argentina və dünyanın bir çox kinematoqrafçılarının əsərləri yer alıb.

Festival təşkilatçılarının konsepsiyasına görə heç bir film digərindən üstün tutulmamalıdır. Festivala təqdim olunan filmlərdə insan hüquqları ilə bağlı müxtəlif narahatlıqlar fiksiya, animasiya və sənədli film janrlarında ifadə edilib.

Xatırladaq ki, “Sonsuz dəhliz” filmi bu il ərzində müxtəlif beynəlxalq kinofestivalların diqqət mərkəzində olub. ABŞ-da keçirilən “Accolade Qlobal Film Competition” müsabiqəsində “Best of Show” mükafatını aldıqdan sonra bu film daha üç nüfuzlu mükafata layiq görülüb. Belə ki, Madrid Tenerife Beynəlxalq Film Festivalları “Sonsuz dəhliz” filmini “Ən yaxşı sənədli film” və A.Brokası “Ən yaxşı sənədli film rejissoru”, “Milan IFF 2015 Film Festivalı” isə “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyası üzrə qalib elan edib.

Paylaş:
852

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər