Nazir: 6 ildə azad edilmiş ərazilərdə bərpa işlərinə 25 milyard manat ayrılıb
“Son 6 ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb”.
1news.az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən sessiyada çıxışı zamanı deyib.
Nazir bildirib ki, ayrılan vəsait hesabına yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri həyata keçirilib.
“Son 6 ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına 25 milyard manat vəsait ayrılıb. Bu vəsait hesabına yol, su, enerji, yaşayış və sosial infrastruktur layihələri icra olunub”, - deyə S.Babayev qeyd edib.
Onun sözlərinə görə, 2021–2026-cı illərdə ölkənin digər ərazilərində infrastrukturun yenilənməsinə yönəlmiş layihələrə 16 milyard manat sərf olunub.
S.Babayev həmçinin beynəlxalq maliyyə institutlarının iri infrastruktur və regional layihələrdə iştirakının əlavə maliyyə imkanları yarada biləcəyini bildirib.
O qeyd edib ki, xüsusilə Orta Dəhliz və yaşıl enerji dəhlizi kimi regional təşəbbüslər beynəlxalq maliyyə institutlarının iştirakı üçün əhəmiyyətli istiqamətlərdir.
Qafar Ağayev












