Bakıda 6-cı mərtəbədən yıxılan fəhlə dünyasını dəyişdi
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunun M.Əlizadə küçəsində qeydə alınıb.
Belə ki, həmin ərazidə yerləşən 9 mərtəbəli binalardan birində fəhlə işləyən Füzuli rayon sakini Malik Nəcəfov 6-cı mərtəbədən yıxılaraq hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
528