İlham Əliyevin Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub – FOTO
Dekabrın 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü olub.
1news.az-ın president.az saytına istinadla verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib.
Əlaqələrimizin genişləndirilməsi baxımından bu səfərin önəmi xüsusi vurğulanıb. Münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik bildirilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1news.az
798