Dədə Qorqud eposu polyak dilinə tərcümə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Dədə Qorqud eposu polyak dilinə tərcümə olunub

20:15 - 08 / 12 / 2015
Dədə Qorqud eposu polyak dilinə tərcümə olunub

Azərbaycan Respublikasının Polşadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycanın tanıdılması məqsədilə silsilə tədbirlər görülməkdədir.

Səfirliyimizdən verilən məlumata əsasən, Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə AR Polşadakı Səfirliyi tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Mədəniyyəti, Ədəbiyyatı, Fəlsəfə və Etikası, İncəsənəti, Musiqisi, Memarlığı, Tarixi, Eposları, Mətbəxi və Azərbaycan-Polşa seriyalarında 34 adda kitab artıq nəşr olunmuşdur.

Bununla əlaqədar, “Azərbaycan Eposları” seriyasında polyak dilində “Dədə Qorqud” dastanı AR-in Polşadakı Səfirliyinin, AR-in Diasporla İş üzrə Dövlət Komitəsinin və Adam Mitskieviç adına Poznan Universitetinin birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunmuşdur.

Kitab Polşa Respublikasının Mərkəzi və Universitet kitabxanalarına göndərilmişdir.

1news.az

Paylaş:
689

Son xəbərlər

Qar yağacaq - XƏBƏRDARLIQ

25 / 01 / 2025, 13:59

Bərdədə qadın intihar edib

25 / 01 / 2025, 11:50
Bütün xəbərlər