Dərsdən qaçmaq istəyən 7-ci sinif şagirdi pəncərədən yıxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dərsdən qaçmaq istəyən 7-ci sinif şagirdi pəncərədən yıxılıb

15:42 - Bu gün
Dərsdən qaçmaq istəyən 7-ci sinif şagirdi pəncərədən yıxılıb

Qaradağ rayonu 233 nömrəli tam orta ümumtəhsil məktəbinin VIII sinif şagirdi bu gün dərsdən qaçmaq istəyərkən II mərtəbənin pəncərəsindən yıxılıb.

1news.az xəbər verir ki, bu barədə məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsi yayıb.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb: “Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - məlumatda vurğulanıb.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər