Lənkəranda toyuq kəsimi sexinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda toyuq kəsimi sexinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

Qafar Ağayev16:36 - Bu gün
Lənkəranda toyuq kəsimi sexinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi sexində yoxlama keçirib.

1news.az xəbər verir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Kəsim sexinin qanunsuz fəaliyyət göstərdiyi və qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub.

Həmçinin temperatur rejiminə əməl edilmədiyi, etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmadığı və digər nöqsanlar aşkarlanıb. Qida obyektinə qəbul edilən diri quşların müşayiətedici sənədləri də yoxlamaya təqdim edilməyib.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, obyektin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər