İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb | 1news.az | Xəbərlər
Dünya

İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb

Qafar Ağayev13:44 - Bu gün
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb

İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində ölüb.

1news.az İsrail KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri İsrael Kats açıqlayıb.

Katsın sözlərinə görə, “Baş qərargah rəisi məni Laricaninin və 'Bəsic' rəhbərinin öldürüldüyü barədə məlumatlandırıb”.

Daha əvvəl İran KİV-ləri Laricaninin İsrailin hədəfi olması xəbərlərinə dair məlumat yayıb.

Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının katibi və fevralın 28-də öldürülmüş İranın ali lideri Əli Xameneinin müşaviri olub, nüvə proqramı və xarici siyasətdə əsas rol oynayıb.

Qeyd edək ki, biraz əvvəl İran KİV-ləri Laricaninin müraciət edəcəyi ilə bağlı məlumat yayıb.

Həmçinin oxuyun:

Əli Laricaninin müraciəti yayımlanacaq

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər