Tbilisi prospektində daha bir layihənin icrasına başlanılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Tbilisi prospektində daha bir layihənin icrasına başlanılır

Qafar Ağayev16:39 - Bu gün
Tbilisi prospektində daha bir layihənin icrasına başlanılır

Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində yeni layihənin icrasına başlanılır.

1news.az xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icra edilən layihənin məqsədi yol hərəkətinin təhlükəsizliyini və şəhər mobilliyinin keyfiyyətini artırmaq, yol qovşağında konfliktli nöqtələri aradan qaldırmaqdır.

Dəyişikliklər nəticəsində sola dönən nəqliyyat vasitələri üçün axından izolyasiya edilmiş xüsusi "cib" tipli zolaqlar təşkil olunacaq. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılacaq, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə biləcəklər.

Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, burada nizamlanmayan prioritetli hərəkət qaydası ləğv ediləcək. Əvəzində kəsişmədəki münaqişəli nöqtələri minimuma endirmək və hərəkət növbəliliyini təmin etmək üçün yeni işıqforlar quraşdırılacaq. Bu, kəsişmənin buraxıcılıq qabiliyyətini artırmaqla yanaşı, təhlükəsizliyi də maksimum səviyyəyə çatdıracaq.

Piyadaların rahatlığı və əlçatanlığı üçün nizamlanan piyada keçidləri də təşkil olunacaq.

Paylaş:
136

Son xəbərlər

Bütün xəbərlər