Dövlət və hökumət başçıları Azərbaycan Prezindetinə başsağlığı veriblər
“Günəşli” yatağındakı neft hasilatı platformasında yanğın nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar bır sıra dövlət və hökumət başçıları, habelə dövlət və ictimai xadimləri Azərbaycan Respublikasının Prezidentini İlham Əliyevə baş sağlığı veriblər.
1news.az-ın Azərbaycan Prezidentinin rəsmi saytına istinadən ölkəmizin başçısına baş sağlığını Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədov, Qazaxıstanın prezidenti Nursultan Nazarbayev, Avropa Şurasının baş katibi Torbörn Yaqland, Misir Ərəb Respublikasının prezidenti Əbdülfəttah əs-Sisi, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Macarıstanın baş naziri Viktor Orban, Qətərin baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani və Qətər əmirinin müavini Abdullah bin Həməd Al Tani veriblər.
President.az