Azərbaycan Kiyevdə keçirilən MHŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında təmsil olunur
2015-ci il 9-10 dekabr tarixlərində Ukraynanın Kiyev şəhərində Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 31-ci iclası keçirilir.
MHŞT üzrə hökumət komissiyasının sədri, İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edir.
2016-cı il MHŞT üzrə Qlobal konfrans öncəsi İdarə Heyətinin iclasında Qiymətləndirmə prosesi, daxili idarəetmə və MHŞT Standartına dəyişikliklər üzrə müzakirələr aparılıb.
İdarə Heyətinin üzvləri Günəşli yatağının 10-cu platformasında baş vermiş faciə ilə əlaqədar olaraq Azərbaycan nümayəndə heyətinə baş sağlığı verib.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.
1news.az